Rusiya müxalifətinin Putinlə mübarizəsi: Kasparov radikaldır, Navalnı mötədil

Rusiya müxalifətinin Putinlə mübarizəsi: Kasparov radikaldır, Navalnı mötədil Ancaq Navalnı aktivdir, o birilər cürətsiz - Qərb dünyası Rusiyanı kənardan belə görür
Rusiyada 2018-ci il prezident seçkiləri yaxınlaşdıqca müxalif siyasi qüvvələrin də fəallığı artır. Doğrudur, hələlik dəyirmi masalar və sayı bilinməyən toplantılar formasında....

Ölkə daxilində həm xalqın içində, həm də sosial şəbəkələrdə yeganə hərəkət edən Aleksey Navalnıdır. Onun da başını Kreml özbək milyarder Əlişir Usmanovla deyişmələrə qarışdırır.

Qalan siyasi güclər isə özlərində hətta ölkə hüdudlarında toplantı keçirmək cürəti hiss etmirlər.

Bu günlərdə müxalifət nümayəndələri Litvanın paytaxtı Vilnüs şəhərində“Azad Rusiya forumu”nun 3-cü toplantısını keçiriblər.

Rusiya müxalifətinin Putinlə mübarizəsi: Kasparov radikaldır, Navalnı mötədil


Almaniyanın Focus jurnalının verdiyi xəbərə görə, həmin toplantıda müxalifətin Putin rejiminə qarşı ən radikal üzvləri iştirak edib.
Forumda şahmat üzrə keçmiş dünya çempionu, siyasi dissident Harri Kasparov Qərb dövlətlərini Rusiyaya qarşı sanksiyaları artıramağa çağırıb.

“Çünki sanksiyaların təsiri ilə, habelə bank hesablarının qapadılması nəticəsində Moskvanın varlı və nüfuzlu şəxslərinə prezidentin onların boğazına keçirilən daş olduğu həqiqəti daha aydın əyan olsa, onlar özləri indiki rejimə qarşı çıxacaq və hakimiyyətin devrilməsinə çalışacaqlar”, - Kasparov bildirib. Rusiya müxalifətinin Putinlə mübarizəsi: Kasparov radikaldır, Navalnı mötədil



Focus jurnalındakı məqalənin müəllifi Raytşusterin fikrincə, forum Rusiya müxalifətinin nə dərəcədə dağınıq olduğunu nümayiş etdirib.

Çünki cəmi 2 həftə qabaq eyni şəhərdə Rusiya müxalfətçilərinin digər qrupu, eks-milyarder Mixail Xodorkovskinin rəhbərliyi altında başqa bir toplantı keçirilib.

“Forum iştirakçılarından birinin zarafatla dediyi kimi, müxalifətçilər arasında uçurum o qədər böyükdür ki, adama elə gəlir ki, onların bir-birlərinə duyduğu düşmənçilik Kremlə qarşı hiss etdikləri neqativ münasibətdən qat-qat artıqdır”.

“Xodorkovskinin iştirak etdiyi forum iştirakçıları tam əksinə, Rusiyaya qarşı iqtisadi sanksiyaların yumşaldılmasının tərəfdarı olduqlarını bidiriblər. Bu düşüncəni təmsil edənlər və onun ən parlaq nümayəndəsi sayılan Aleksey Navalnı Krımın işğalına qarşı deyil və Putinin imperiya ambisiyalarından əsla vaz keçmirlər”, - məqalədə yazılıb.

Kasparov və onu tərəfdarları isə ən böyük problemin Putində deyil, onun təmsil etdiyi sistemdə görürlər.

“Demokratik Rusiya öz imperiya şüurundan, milli şovinizm ideyalarından ayrılmadığı və xüsusi xidmət orqanlarının rolunun təhlilinin aparılmadığı müddətcə qurula bilməz”, - məqalədə Kasparov tərəfdarlarının fikirlərinə yol verilib.

Bu baxışlarına görə opponentləri Kasparovu radikalizmdə, sonuncu isə öz növbəsində onları opportunizmdə günahlandırır.

“Azad Rusiya forumu”nda iştirak edən iqtisadçı Vladislav İnozemtsev də iqtisadi böhranın Rusiyada nələrisə dəyişəcəyi fikrinin illüziya olduğunu söyləyib. O, Krımın işğalının eyforiyası ilə Rusiya əhalisinin hələ uzun müddət Putin hakimiyyətini ayaqda tuta biləcəyini dilə gətirib. Rusiya müxalifətinin Putinlə mübarizəsi: Kasparov radikaldır, Navalnı mötədil



“Bugün cəmiyyətdə yenidənqurma dövründə olduğu kimi böyük dəyişikliklər üçün tələbat hələ ki mövcud deyil. Rusiyada müxalifətdən deyil, güclü dissident hərəkatından danışmaq olar. Hakimiyyət isə müxalifətdən daha çox öz səhvlərindən qorxmalıdır”, - İnozemtsev qeyd edib.

Putinin iqtisadi məsələlər üzrə keçmiş müşaviri, hazırda müxalifət sıralarında olan Andrey İllarionov da Rusiyada dəyişiklik üçün sistem böhranının yetişməli olduğunu söyləyib: Bu gün Rusiyada prezident fərmanları sayəsində vətəndaşların mülkiyyət hüquqları ayaqlar altına alınır. Ölkə azadlıq və hüquqi dövlətçilik vəziyyətinə görə Qabon və Zimbabve kimi ölkələrdən belə geridə qalır. Bütün bunlar böyük narazılığa və sistemdə dəyişikliklərə yol aça bilər”, - ekspert qeyd edib.
Rusiya müxalifətinin Putinlə mübarizəsi: Kasparov radikaldır, Navalnı mötədil


“Rusiyanın hakmiyyətinin qara təbliğatçı mediası isə forumu ələ salaraq onu “klounların yığıncağı” adlandırır”, - Raytşuster yazıb.

Kasparov isə Moskvanın bu cür diqqətini əslində müəyyən dərəcədə uğur zənn edir. Rusiyalı dissident 2015-ci ildə öldürülən dostu Boris Nemtsovun bu sözlərini xatırldıb: “Bu gün Rusiyada siyasi rəqabət olmadığı üçün müxalifətin öyünə biləcəyi tək şey Kremlin diqqətini cəlb etməyə nail olmaqdır”.

Kasparovdan fərqli olaraq Aleksey Navalnının mübarizə etmək üçün sistemin zəifləməsini gözləmək fikri yoxdur.
Rusiya müxalifətinin Putinlə mübarizəsi: Kasparov radikaldır, Navalnı mötədil


Rusiyalı müxalifətçi, demək olar ki, hər gün hakimiyyətin korrupsiya əməllərini ifşa edən məqalə və videomateriallarla çıxış edir. Navalnı bundan başqa, bütün ölkə daxilində geniş miqyaslı aksiyalar keçirməyə də nail olub.

Onun tərəfdarlarının növbəti tədbiri 12 iyunda, Rusiyanın 200-dən çox şəhərini əhatə edən mitinqlər olacaq.//Musavat//
Tarix: 31-05-2017, 12:12
Xəbəri paylaş





Xəbər lenti