NATO-nun İstanbul sammitinə ƏNGƏL: Ərdoğan dəstək almadı

NATO-nun İstanbul sammitinə ƏNGƏL: Ərdoğan dəstək almadı Mayın 24-25-də keçirilən NATO zirvəsində Türkiyə 2018-ci ildəki sammitin bu ölkədə keçirilməsini təklif edib. Ancaq başda Almaniya olmaqla bir çox ölkələr bu təklifə qarşı çıxıb. Fransa Almaniyaya dəstək verən ilk ölkə olub. 2018-ci ildəki sammitin yenidən Brüsseldə keçirilməsi qərara alınıb.

Cebhe.info xəbər verir ki, bu iddia ilə Almaniyanın “Die Welt” nəşri çıxış edib.

Yuxarı rütbəli NATO yetkililərinə istinadən yayılan xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitin ölkəsində keçirilməsini təklif edib. Ancaq Almaniya və Fransanın bu təklifə qarşı çıxmasından sonra Danimarka, Hollandiya və Kanada da dəstək nümayiş etdirib.

Məlumatlarda o da vurğulanır ki, Ərdoğan oxşar təkliflə 2016-cı ildə Varşavada da çıxış etmişdi. O zaman rəsmi olmasa da təklifə mülayim yanaşma var idi. Ancaq daha sonra İstanbul sammitinə qarşı çıxanların sayı artdı və qərar dəyişdi.

2018-ci ildə NATO sammitinin Brüsseldə inşa edilən alyans qərargahında keçiriləcəyi təxmin olunur.

Siam.az
Tarix: 31-05-2017, 13:37
Xəbəri paylaş





Xəbər lenti