Moskva ABŞ-ı nüvə zərbəsi ilə hədələdi: “Əgər Donbasda...”

Moskva ABŞ-ı nüvə zərbəsi ilə hədələdi: “Əgər Donbasda...” “Əgər ABŞ və ya NATO qoşunları işğal edilmiş Donbas ərazisinə girərsə, Rusiya cavab olaraq nüvə silahından istifadə edə bilər".
Publika.az “Defense One” nəşrinə istinadən xəbər verir ki, bunu Slovakiyanın paytaxtı Bratislavada keçirilən “GLOBSEC 2017” forumunda Rusiyanın Dövlət Dumasının deputatı Vyaçeslav Nikonov bildirib.
“NATO sərhədlərimizə yaxın ərazilərdə genişlənir. Hərbçilərimizin sözlərinə görə, əgər ABŞ və NATO gücləri Krımda və ya Ukraynanın şərqində ortaya çıxarsa, onda münaqişənin erkən mərhələsində Rusiya nüvə silahının tətbiqi olmadan müdafiəsiz olacaq”, - Nikonov deyib.
Xatırladaq ki, daha əvvəl də Rusiya dəfələrlə nüvə zərbəsi haqqında xəbərdarlıq edib.
Ömər Dağlı
Tarix: 2-06-2017, 22:45
Xəbəri paylaş





Xəbər lenti