İranda partlayış törədilib, xəsarət alanlar var

İranda partlayış törədilib, xəsarət alanlar var İranda baş vermiş partlayışın səbəbləri məlum olub.
"Report" xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.
Agentliyin xəbərində bildirilir ki, partlayıcı qurğu Şiraz şəhərindəki yerli ticarət mərkəzində işə salınıb. Nəticədə 10-dan çox adam xəsarət alıb.

Hələlik hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

***02:35
İranda güclü partlayış olub.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, hadisə Şiraz şəhərində baş verib. Yerli mətbuata istinadən yayılan xəbərdə bildirilir ki, şahidlər azı 15 yaralını görüblər.
Partlayışın ticarət mərkəzində, yerli vaxtla saat 01:00-da baş verdiyi bildirilir. Partlayışın gücündən qonşuluqdakı mağazaların şüşələri sınıb.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Tarix: 3-06-2017, 08:24
Xəbəri paylaş





Xəbər lenti