“Türkiyəni bölməyə çalışırsınız”- ƏRDOĞANDAN ABŞ-A ŞOK İTTİHAM

“Türkiyəni bölməyə çalışırsınız”- ƏRDOĞANDAN ABŞ-A ŞOK İTTİHAM “Kimsə kimsəni qandırmasın, bizi bölməyə çalışırsınız”.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bunu Türkiyənin cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan konkret ad çəkməsə də, ABŞ-a yönəlik etirazında səsləndirib.
Qeyd edək ki, ABŞ 2018-ci il üçün Suriyadakı silahlı qruplaşmalara ( o cümlədən, PYD-YPG-yə) yarım milyard dollarlıq silah verilməsini qərarlaşdırıb.
Bu isə Türkiyəni və Ərdoğanı bərk hiddətləndirib.
“Orduya yetəcək silahı PYD-yə verməyin məqsədi nə?”-deyə, Ərdoğan sonra bildirib və sözlərinə onu da əlavə edib ki, Türkiyə buna səssiz qala bilməz və qalmayacaq.
Siam.az
Tarix: 3-06-2017, 13:54
Xəbəri paylaş





Xəbər lenti