Son dəqiqə: Türkiyə Nazirlər Kabinetinin baş müşaviri həbs olundu

Son dəqiqə: Türkiyə Nazirlər Kabinetinin baş müşaviri həbs olundu Ankara Prokurorluğunun FETÖ-yə qarşı apardığı istintaq çərçivəsində Ədliyyə Nazirliyinin sabiq məsləhətçisi və Nazirlə Kabinetinin baş müşaviri Birol Erdem ilə həyat yoldaşının həbsinə sanksiya verilib.
Avropa.info xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumata görə bu gün səhər radələrində həyata keçirilən əməliyyat zamanı iki nəfər saxlanılıb.

Polis qruplarının həyata keçirdiyi əməliyyat nəticəsində Nazirlər Kabinetinin baş müşaviri Birol Ərdem və həyat yoldaşı Gülümsər Ərdem saxlanılıb.
Əməliyyat Ankaranın prokuroru Yüksel Kocamanın təlimatı ilə həyata keçirilib.
Xatırladaq ki, Birol Ərdem ötən il FETÖ istintaqı çərçivəsində şahid olaraq ifadə vermiş və onun şahid olaraq ifadə verməsi müzakirələrə səbəb olmuşdu.
Çünki bir çox FETÖ üzvü ifadələrində Birol Ərdəmin adını verirdi və bir çox ifadədə onun adı keçirdi.
Tarix: 3-06-2017, 18:53
Xəbəri paylaş





Xəbər lenti