Rusiya ABŞ-ın yeni sanksiyalarından narahatdır

Rusiya ABŞ-ın yeni sanksiyalarından narahatdır Rusiyanın BMT-dəki daimi nümayəndəsinin köməkçisi Vladimir Safronkov ABŞ-dan iyunun 1-dəki sanksiya qərarı ilə bağlı izahat istəyir.

O, Rusiyanın 3 şirkətinə və bir vətəndaşına qarşı sanksiyanın hansı səbəbdən tətbiq edildiyinə aydınlıq gətirilməsini tələb edir.

“İyunun 1-də ABŞ Maliyyə Nazirliyi Şimali Koreyaya qarşı sanksiyaları genişləndirilib. Və onun təsirinə bizim üç şirkətimiz və bir vətəndaşımız da düşüb. Bu addım bizdə böyük məyusluq yaradır. ABŞ tərəfinin izahatını eşitmək istərdik”, – deyə səfir Safronkov bildirib.

Gültəkin
Tarix: 3-06-2017, 23:09
Xəbəri paylaş





Xəbər lenti