Türkiyə əleyhinə yazışmalar üzə çıxdı

Türkiyə əleyhinə yazışmalar üzə çıxdı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Vaşinqton səfiri Yusif əl-Uteybəyə aid olduğu iddia edilən və bəzi haker qruplar tərəfindən elektron poçtunun sındırılması nəticəsində yayılan yazışmalar qalmaqala səbəb olub.Avropa.info xəbər verir ki, səfirin poçtunun ələ keçrilməsi nəticəsində onun İsrail tərəfdarı olan Demokratiyanı Müdafiə Fondu (FDD) ilə yaxın əlaqə içərisində olduğu və Türkiyə ilə Qətərə qarşı yazışmaları üzə çıxıb.
Hakerlər səfirə məxsus olduğu iddia edilən yazışmaları ABŞ-dakı media qurumları “Intercept, “HuffPost” ve “Daily Beast”ə göndəriblər.
“Intercept” qəzeti hakerlərin ya rus olduğunu, ya da özlərini rus kimi göstərmək üçün bu məlumatları verdiklərini yazıb.
Səfirə aid olduğu irəli sürülən elektron poçtlarda əl-Uteybənin İsrail tərəfdarı FDD-in icraçı direktoru Mark Dubovitz və müşaviri Con Hannah ilə tez-tez yazışdığı məlum olur.
Bu yazışmalarda iki tərəfin də ərəb baharından narahat olduqları, Qətərin Müsəlman Qardaşlar və HƏMAS-a verdiyi dəstəyi “terrora dəstək” olaraq şərh etdikləri görünür. Tərəflərin yazışmasında bunun üçün tədbir görmə və ABŞ siyasətinə təsir etmək planları açıqlanır.

Dubovitzdən əl-Uteybiyə bu ilin 10 martında göndərilən bir məktubda BƏƏ və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən bəzi beynəlxalq şirkətlərin İranda iş qurmağı planlaşdırdıqları qeyd edilərək, sözügedən şirkətlərin adları açıqlanıb.
Əl-Uteybənin FDD rəsmilərinə göndərdiyi iddia edilən bəzi məktublarda Misirdəki çevrilişi “inqilab 2” adlandırdığı, Sisi rəhbərliyindəki ordunun hökuməti silah gücünə ələ keçirmədiyi, əksinə, küçəyə çıxan xalqın tələblərinə cavab verdiyi yazılıb.

Yenə səfirin göndərdiyi iddia edilən bir məktubda Yaxın Şərqdə mötədil olaraq yalnız BƏƏ və İordaniyanın qaldığını, ABŞ-ın radikallığa qarşı bu mülayim ölkələri dəstəkləməsi lazım olduğu irəli sürülür.
Yusif əl-Uteybəyə aid olduğu iddia edilən yazışmalarda Türkiyə ilə bağlı da bölümlər var. Bunlardan biri də FETÖ-nun 15 iyuldkı dövlət çevrilişi cəhdi ilə bağlıdır.

Bir məktubda FDD-in müşaviri Con Hannah belə yazıb: “Salam, cənab səfir. Sizə bir məqalə göndərirəm. Bir türk qəzeti FDD və BƏƏ-nin bəzi başqaları ilə birlikdə Türkiyədəki çevriliş cəhdinin arxasında olduğunu yazıb. Sizinlə birlikdə adımızın çəkilməsindən şərəf duydum”.
Başqa bir məktubda isə FDD-in icraçı direktoru Mark Dubovitz ABŞ Nümayəndələr Məclisinin Xarici İşlər Komissiyasının sədri Ed Roysə “Türkiyənin önəmli bir NATO müttəfiqi olduğunu göz önünə aldıqda Prezident Ərdoğan ilə münasibətlərimizdə doğru yanaşma nədir? Türkiyəni itirməyin ABŞ üçün bir sıra ağır strateji nəticələri olar. Dəyişiklik görmək üçün Ərdoğana qarşı sərtləşməkmi lazımdır” deyə soruşduğu məlum olur. Həmin məktub BƏƏ səfirinin də poçtuna göndərilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son Vaşinqton səfəri ilə bağlı yazılan məktubda isə bu sözlər deyilir:“Öz dəyərlərimizə sahib çıxacağımızı açıq ifadə etməliyik. Onun mühafizəçilərinin ötən həftə burada səbəb olduğu şiddət qəbul edilə bilməz”.

“Sosial media, televiziya, radio və s. bir platformamız olmalı və bu platformada Türkiyədə hüquq və azadlıqların vəziyyəti haqqında müzakirələr keçirməliyik”.

Digər bir yazışmada isə 11-14 iyun tarixlərində FDD-in BƏƏ dövlət rəsmiləri ilə həyata keçirməyi planlaşdırdığı konfransın mövzuları müzakirə edilir:

1. Türkiyədəki hadisələrin qiymətləndirilməsi

2. Ərdoğanın prezidentliyinin doğuracağı nəticələr

3. Ərdoğanın regiondakı rolu və vəzifələri

4. Kürd məsələsi

5. Türkiyənin ətraf ölkələrə yönəlik siyasətləri

6. ABŞ ilə BƏƏ-nin Türkiyəni məcbur etmək üçün atacağı addımlar
Tarix: 4-06-2017, 15:48
Xəbəri paylaş





Xəbər lenti