Milyarderin müxalifət lideriylə çəkişməsi Rusiya hakimiyyətini çətinə salıb –Usmanovun Navalnı üzərində "Pirr qələbəsi" - TƏHLİL

Milyarderin müxalifət lideriylə çəkişməsi Rusiya hakimiyyətini çətinə salıb –Usmanovun Navalnı üzərində "Pirr qələbəsi" - TƏHLİL Rusiya milyarderi Əlişir Usmanov



Simon Kruse

Berlingske (Danimarka), 04.06.2017




Mediamaqnat Əlişir Usmanov YouTube-dakı hiddətli videoda ölçüb-biçmədən Rusiya hökumətinin yüksək dairələrindəki korrupsiya haqda məsələnin cəhənnəm oduna atılıb. Bunun xoşagəlməz nəticələri ola bilər. Video Əlişir Usmanovun tamamilə yeni yönlərini sərgiləyib.

Rusiyalı 63 yaşlı milyarder, adətən, yetərincə qapalı həyat tərzi sürür. Onu Rusiyanın ən varlı adamlarının siyahısında beşinci adam sayırlar. Çox şey – ağır sənayedən tutmuş yüksək texnologiyalarla məşğul olan şirkətlərədək böyük biznes imperiyası ona məxsusdur.


O, Kremldəki hakimiyyət sahibləri ilə yaxşı əlaqələrini gizlətmir. Lakin təcrübəli maqnat uzun karyerası ərzində ciddi-cəhdlə – ola bilsin, olduqca ağıllı şəkildə – hakimiyyət uğrunda çox təhlükəli siyasi mübarizəyə qarışmaqdan yayınıb. Yəni indiyədək yayınıb. Çünki Əlişir Usmanov son zamanlar YouTube-da göstərilən hökumətə sadiq güclər və küncə qovulmuş Rusiya müxalifəti arasında savaşda tamamilə gözlənilmədən baş rolda oynamağa başlayıb.

“Tfu sənə”, – adətən, təmkinli Usmanov Rusiya müxalif siyasətçi Aleksey Navalnıya ünvanlanan videomüraciətdə hirsindən boğula-boğula danışır. Usmanov artıq 1,5 milyon baxış toplamış videoda özünün təmtəraqlı “Dilbər” yaxtasında əyləşib Navalnıya dalbadal söyüşlər göndərir. Oliqarx bir neçə gündən sonra Putinin məşhur tənqidçisinə qarşı iş qaldırılması hədəsi gəldiyi daha bir videoda davam edir – “tfu sənə”. Usmanovun qəzəbdən boğulmasının səbəbini də YouTube-da tapmaq olar.
Milyarderin müxalifət lideriylə çəkişməsi Rusiya hakimiyyətini çətinə salıb –Usmanovun Navalnı üzərində "Pirr qələbəsi" - TƏHLİL


Aleksey Navalnı Tulada öz tərəfdarları ilə görüşdə



Aleksey Navalnı yazda dərc edilmiş 50 dəqiqəlik videoda Rusiya baş nazirini çox nəhəng, Navalnının sözlərinə görə, xüsusən də Usmanovdan alınmış rüşvətə əsaslanan daşınmaz əmlaka malik imperiyanın başında durmaqda ittiham edir.

Navalnının videosuna bu məqalənin yazıldığı ana qədər 21 milyon dəfədən çox baxıblar. Video martda böyük nümayişlər silsiləsinin keçirilməsinə səbəb olub.

Göy kitab

Əlişir Usmanov, 63 yaş.

Özbəkistanda doğulub, atası sovet dövründə prokuror idi.

“Forbes” dərgisinin məlumatına görə, 100 milyard kron (ABŞ dolları ilə 20 milyard-tərc.) sərvətə malik olmaqla Rusiyanın ən varlı adamları siyahısında beşinci yeri tutur.

Ağır sənaye, KİV və texnoloji şirkətlərə vəsait yatırır. O cümlədən Mail.ru konserni və Rusiyanın "Вконтакте" sosial şəbəkəsinə.

SSRİ vaxtında altı il həbsdə oturub – xüsusən də sonradan ləğv edilmiş dələduzluq hökmünə görə.


Gimnast İrina Vaqnerə evlənib.

Plastik zərflərdən varlanıb.


Navalnının Usmanovun “dələduzluq və zorlama”ya görə aldığı hökmü videoda dilucu xatırlatması milyarderi açıq şəkildə özündən çıxarıb. Həmin köhnə iş haqda az şey məlumdur, lakin Usmanovun sovet dövründə həbsxanada altı il cəza çəkdiyi həqiqətdir. Özü iddia edir ki, korrupsiyalaşmış hakimin qurbanı olub və zorlama ittihamı uydurmadır. Özbəkistan Ali Məhkəməsi 20 il gecikməklə 2000-ci ildə ona bəraət verərək hökmü rəsmən ləğv edib.

Usmanov sonralar PR-lə (ictimaiyyətlə əlaqələr sahəsində idarəçilik prosesi-tərc.) məşğul olan, ingilisdilli Wikipedia-da hökm haqda məlumatı redaktə etməyə çalışan vəkil və firmalar tutub.

Usmanov bu qayda ilə hazırda yeni və xeyli mürəkkəb işlə məşğul olur. O, videoçıxışları ilə yayılmış fikri höcətə salmağa cəhd edir ki, oliqarxlar – və siyasətçilər – ölkədəki təmtəraqlı yaşayışlarına şərəfsiz yolla gəlib çıxıblar. Usmanov videoda Navalnıya üz tutur: “Dəbdəbəli qayığım və təyyarəm daxil olmaqla nəyim varsa, hamısını almışam, çünki səndən fərqli olaraq, xoşbəxt yaşayıram”.

Usmanov SSRİ dağıldıqdan sonra başdan-başa hərc-mərclik illərində polietilen zərflərin istehsalı sayəsində öz sərvətinin təməlini qoyub. Sonradan Rusiyanın facebook cavabında, "Вконтакте" sosial şəbəkəsi və Rusiyanın “Коммерсант” qəzetinin səhmlərinə nəzarət zərfini əldə etməzdən əvvəl dövlət qaz sektoru və polad istehsalında mərkəzi rol oynamağa başlayıb. Usmanov hədsiz dərəcədə tənqidə köklənmiş redaktorları işdən çıxardığı özəl KİV-lərə malik olmaqla səlahiyyət sahibləri ilə alyans yaradıb. Bu onun Rusiya muzeylərinə bağışladığı bahalı rus incəsənət predmetləri ilə gücləndirilib. Kreml buna görə onu “Vətən qarşısında xidmətlərə görə” medalı ilə təltif edib.

Lakin son zamanlar siyasi debatlardakı video-duel hər şeyi kölgədə buraxıb. Usmanov nə zamansa qılınc oynatmaqla məşğul olub, amma rəsmi Rusiyanın baxımından Navalnı ilə duel seçimi görünməmiş işdir. Kremldə və hakim partiyada sabit strategiya müxalifət tərəfdən tənqidin şərhinə qədər enməmək və Navalnının varlığını heç cür etiraf etməməkdir. Usmanov isə buna gedib. Və “The Moscow Times”-ın redaktoru Mixail Fişmanın öz analitik məqaləsində yazdığı kimi, bu qayda ilə “Rusiya başçıları ilə müxalifət arasında son 15 ildə ilk əsli siyasi debatlara” başlayıb.

İlk raundda qələbə Usmanovun olub – məhkəmə bu həftə Navalnını videonu öz bloqundan silməyə məcbur edib, Navalnı isə bundan imtina edir.

Amma qələbə baha başa gəlib. Duel Navalnıya – prezident seçkilərinə 10 ay qalmış – yalnız arzu edə biləcəyi və müxalifət tərəfdarlarının nifrət etdiyi elitanın əsil simvolu kimi təmtəraqlı yaxtada qəzəblə duran rəqib verib. Məhkəmə işi hələlik buna səbəb olub ki, “mübahisə predmeti”nin özü – korrupsiya barədə 50 dəqiqəlik video yenidən populyarlaşıb.



Tərcümə Strateq.az-ındır.
Tarix: 4-06-2017, 17:04
Xəbəri paylaş





Xəbər lenti