Türkiyə almanları yenə İncirliyə buraxmadı

Türkiyə almanları yenə İncirliyə buraxmadı Türkiyə yenidən Almaniya millət vəkillərinin İncirlik bazasına səfər etməsinə icazə verməyib.

APA-nın məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Ziqmar Qabriellə birgə mətbuat konfransında deyib.

O bildirib ki, hazırda İncirlik deyil, Konyadakı NATO bazasına səfər etmək mümkündür.

“Brüsseldə prezident Rəcəb Tayyib Ərdoğanın Almaniya kansleri Angela Merkellə görüşündə dediyi kimi, bizim təklifimiz Almaniya nümayəndə heyətinin Konyada NATO bazasını ziyarət etməsidir. Bununla başlamaqda fayda var”, - o, söyləyib.
Tarix: 5-06-2017, 17:19
Xəbəri paylaş





Xəbər lenti