Çin və Türkiyə Türkmənistanı AB qaz bazarına çağırır:Rusiya oyundankənar durum təhlükəsindədir – Təhlil

Çin və Türkiyə Türkmənistanı AB qaz bazarına çağırır:Rusiya oyundankənar durum təhlükəsindədir – Təhlil

Regnum İA, 05.06.2017



Çinsayağı müstəmləkələşdirmə



Dünya düzəni beynəlxalq münasibətlər haqda Avropa və yaxud Amerika mərkəzçiliyinə əsaslanan ənənəvi təsəvvürləri pozaraq sürətlə dəyişir. Lakin bəzi ekspertlər “ərəb baharı” hadisələrinin təhlili zamanı bilərəkdən və ya bilməyərəkdən Çinin Yaxın və Orta Şərqdə artan iqtisadi nüfuzunu gözardı edərək istisnasız olaraq NATO ölkələri və onların bölgəsəl iddiaları haqda mülahizə yürüdürlər. Gerçəklik amansız çıxıb. Deməli, Beynəlxalq Valyuta Fondunun “Economist” dərgisinin misal gətirdiyi 2014-cü il məlumatına görə, Çin Səudiyyə Ərəbistanı, BƏƏ, Türkiyə, İran, İraq, Oman, Qətər və Misir kimi ölkələrlə ikitərəfli ticarətin göstəricilərinə əsasən ABŞ-ı qabaqlayıb. Təkcə 1990-2016-cı illərdə ÇXR və Türkiyə arasında ticarət həcmi 238 milyon $-dan 27,7 milyard dollara qalxıb, Çinin birbaşa yatırımlarına gəlincə, 2015-2016-cı illərdə 509 milyon $-dan 809 milyon $-a yüksəlib.

Amerikalılar çinliləri ancaq İsrail və Küveytlə ticarətdə üstələyirlər, İordaniya ilə ticarətdə isə ABŞ-la ÇXR-in pariteti saxlanır. Pekin 2023-cü ilə doğru Yaxın və Orta Şərqlə ümumi ticarətin həcmini indiki 240 milyard $-dan 600 milyard $-a qədər artırmağı planlaşdırır. Qətərin “Əl-Cəzirə” telekanalı dəqiqləşdirir ki, ÇXR ilə Fars körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurası (FKƏDƏŞ) arasındakı danışıqlar lokomotiv kimi çıxış edir.

Bu, nə yaxşıdır, nə də pis, sadəcə, məlumatdır və göz yummaq təhlükəlidir. Axı söhbət izafi dəyər xatirinə Şərqlə Qərb arasında mədəniyyətin diktə etdiyi sistemli fərqləri yoxaldan kürəsəl kapitalizmdən gedir. Hər şeydən əvvəl, Səmalar ölkəsinin məntiqini Fars körfəzi ölkələrindən neft və sıxılmış təbii qaz (STQ) idxalından asılılıq vadar edir. Bunsuz iqtisadi artım və urbanizasiya ağlasığmazdır. Çinin neft idxalnın 60%-ə qədəri İran, İraq və FDƏKƏŞ-in payına düşür, bu asılılıq 2020-ci ilə doğru 67%-ə qədər artacaq. Birləşmiş Ştatlar buna necə reaksiya verir?

Vaşinqton şüurlu şəkildə mövqeləri əldən verir. Təsadüfi deyil ki, “New York Times” prezident Donald Trampa Transsakit okean əməkdaşlığından çıxmağı xatırladıb, Beynəlxalq Münasibətlər üzrə Şuranın prezidenti Riçard Haas daha uzağa gedərək Ağ Evi Çinyönlü siyasətdə ittiham edib: “Kinayə sıradakından ibarətdir: adamlar rahatsızdırlar ki, Trampın hakimiyyətə gəlişi Rusiyaya işğaıçılıq siyasəti aparmaq imkanı verəcək. Əlbəttə, Tramp buna qabildir. Lakin o hələlik dünyanı Çin üçün təhlükəsiz etməklə məşğuldur”.

Maraqlı tezisdir, deyilmi?

Ədalət xatirinə yada salaq ki, Çinin təkcə ABŞl-a münasibətlərdə nüfuzu artmır. “Deutsche Welle” Federal Statistika İdarəsinə isnadən xəbər verir ki, Çin 2016-cı ilin yekunlarına görə tarixdə ilk dəfə AFR-in ən böyük ticarət tərəfdaşı olub. Yəni Pelin Vaşinqtonu Parisdən dərhal sonra hətta üçüncü yerə sıxışdırıb. Məlumatda deyilir: “Burası da var ki, Almaniyanı, məsələn, Çinlə ticarətdə özəl kəsiri heç vaxt xüsusi pərt etməyib, 2015-ci ildə isə 20,6 milyard avro təşkil edib. AFR dünyanlın başqa heç bir ölkəsi ilə bu cür minusa malik olmayıb (bu, alman bazarına enerji daşıyıcılarının baş tədarükçüsü Rusiya ilə ticarətdə 8,4 milyard avro təşkil edib). Lakin, bax, bu, son dərəcə səciyyəvidir: DHİK-in məlumatına əsasən, 2016-cı ildə Almaniya-Çin ticarəti Almaniyadan Çinə ixcracatın artması sayəsində nəinki artıb, həm də daha da tarazlaşdırılmış olub. Bu hətta həm Berlin, həm də Pekin Amerika proteksionizminin artdığı fonda azad ticarət prinsiplərini birlikdə müdafiə edəcəksə, əməkdaşlığın sonrakı inkişafı üçün yaxşı təməldir”.

Bundan sonra kürəsəlləşmənin korifeyi kimi ABŞ deyil, AFR və Çin çıxış edəcək. Bu il iyunun 1-də Berlin sammitində Çin Dövlət Şurasınn baş naziri Li Ketsyan və Almaniya kansleri Angela Merkel ÇXR-AB yatırım sazişi üzrə danışıqları sürətləndirmək razılığına gəliblər. Sinxua agentliyi xəbər verir ki, Merkelin sözlərinə görə, Berlin imzalanması Səmalar ölkəsi ilə AB arasında azad ticarət zonasının yaradılması haqda danışıqların başlanğıcını qoyacaq gələcək müqaviləyə böyük önəm verir. Diqqətçəkəndir ki, almanlarla çinlilər arasında kompliment mübadiləsi ABŞ-ın azad ticarət haqda Transatlantik sazişinin şərtlərini AB-nin boynuna zorla qoymaqda çoxillik səyinin iflası fonunda baş verir. Şəkkaklar bəyanatların çox vaxt gerçəklikdən uzaq olduğuna isnadən etitraz edə bilərlər. Bu sətirlərin müəllifi onları pərt ertməyə məcburdur: iyunun 2-də “China Daily” Airbus korporasiyası ilə Çinin National Development and Reform Commission (NDRC) arasında Pekin və Brüsselin aviasiya və raket-kosmos sahəsində əməkdaşlığı nəzərdə tutan memorandum imzalandığı haqda məlumat verib. Hətta Airbus artıq bu il mayın 27-də Çində helikopterlərin yığılması üzrə zavodun inşasını işə salıb və zavod 2018-ci ildə istismara veriləcək. Məgər bu, AB ilə ÇXR arasındakı yüksək inamdan xəbər vermir?



Britaniya, Türkiyə və Azərbaycanın “təbii tərəfdaşı”



London Brüssel və Berlindən geri qalmır, çünki Böyük Britaniyanın Çinlə özəl münasibətləri birinciyə Qərbi və Şərqi Avropa ərazisində Rusiya və ABŞ-ın nüfuzunu satın almaq imkanı verir. Londonun mövqeyini bu il mayın ortalarında Pekində “İpək Yolu” forumunda çıxış edən Birləşmiş Krallığın maliyyə naziri Filip Hammond açıq şəkildə ifadə edib: “London dünyanın maliyyə mərkəzi olaraq qalır və Çinin ticarət yatırımlarına xidmət, infrastruktur layihələrini özəl yatırımçılar üçün cazibədar etməkdən ötrü şərait və bacarığa malikdir”.

Hammondun sözlərinə görə, Böyük Britaniya AB-dən çıxdıqdan sonra Çin onun “təbii tərəfdaşı” olacaq.

Bunun sadə izahı var:v Swift ödəniş sisteminin “Straits Times” qəzetindəki məlumatına görə, yuanla beynəlxalq əməliyyatların 36,3%-i Londonun payına düşür. İkinci yerdə 29,3%-lə Honkonq, üçüncü və dördüncü yerlərdə ABŞ və Fransa, artıq beşinci yerdə 7,3%-lə Sinqapur qərarlaşıb. Yəni Çin elitası öz milli valyutasının gələcəyini öz bankirlərinə deyil, Britaniyaya etibar edir. Swift-in Britaniya ofisinin direktoru Havyer Peres-Tasso bildirib: “Bu məlumatlar göstərir ki, London beynəlxalq bank fəaliyyəti üçün ən yaxşı mərkəzdir. Valyuta ticarəti həcminin azalması və bazardakı qeyri-müəyyənliyə baxmayaraq dünyanın maliyyə mərkəzi və beynəlxalq pul ödənişləri mərkəzi kimi Londonun rolu sarsılmaz qalır”.

London təkcə Pekin üçün deyil, həm də iqtisadyyat naziri Nihad Zeybəkçinin simasında Britaniya elitasını azad ticarət zonası yaratmağa çağıran Ankara üçün cəlbedicidir. Diqqətçəkəndir ki, Zeybəkçinin bəyanatı bu il martın 8-də Britaniya kürəsəlçiliyinin istinadgahında – Chatham House-dakı çıxışının gedişində səslənib. Çin amili sətirlərin arasından oxunur.

Hazırda Çinin Yaxın və Orta Şərqə təsir indikatoru məhz Ankara və Pekinin Rusiyanın bölgədə strateji maraqlarına daban-dabana zidd olan iqtisadi münasibətləridir. Və, bax, buna görə: ÇXR təşəbbüsü ilə yaradılmış Asiya infrastruktur yatırımları Bankı (AİYB) hələ 2016-cı ilin dekabrında Azərbaycan və Türkmənistandan Avropa Birliyinə qaz tədarükünü məqsəd qoyan Transanadolu qaz kəmərinin (TANAP) maliyyələşdirilməsinə 600 milyon $ ayırıb. AİYB vitse-prezidenti D.J.Pandian hesab edir: “TANAP Asiya və Avropanın kəsişməsində önəmli energetik strukturu təmsil edir və təkcə Azərbaycan iqtisadiyyatını gücləndirməyəcək, həm də Türkiyənin və Avropanın cənubundakı başqa ölkələrin energetik təhlükəsizliyini gücləndirəcək”.

Məlum olduğu kimi, “Cənub nəqliyyat dəhlizi” Gürcüstandan keçən və Türkiyə ərazisində Transanadolu qaz kəmərinə dönən və oradan artıq Transadriatik qaz kəməri lövhəsi ilə Yunanıstan, Albaniya və İtaliyaya gedən Cənubi Qafqaz qaz kəmərindən ibarətdir. Və bu, artıq söz deyil, əsas xətti 2018-ci ildə istismara buraxılacaq konkret inşaatlardır.

Azərbaycan prezidenti İlham Əliyev mayın 31-də VII Xəzər beynəlxalq energetika sərgisinə qatılanlara layihənin hazırlıq dərəcəsi haqda danışıb: “Cənubi Qafqaz boru kəmərinin gerçəkləşdirilməsi 85% səviyyəsindədir. Bu boru kəməri Azərbaycanı Gürcüstanla birləşdirir. Müqaviləsi 2012-ci ildə bağlanmış TANAP layihəsi uğurla həyata keçirilir. TANAP layihəsinin gerçəkləşməsi 72% səviyyəsindədir. Gözləyirik ki, TANAP layihəsinin inşasına girişi növbəti il qeyd edəcəyik. Dördüncü layihə TAP-dır (Transadriatik qaz kəməri-tərc.). Orada icra səviyyəsi 42% təşkil edir. Yəni bu rəqəmlər özlüyündə göstəricidir. Bunlar göstərir ki, bütün işlər plan üzrə gedir və biz “Cənub qaz kəməri” layihəsinin gerçəkləşdirilməyinin yekununa yaxınlaşırıq”.

Türkiyə və Avropa Birliyinin Rusiyanın “Cənub/Türk axını”nın inşasını son bir neçə ildə batırmağının səbəbi indi aydın olur.

Diqqətçəkəndir ki, AİYB-in krediti Azərbaycanın Southern Gas Corridor (SGC) şirkətinin girovu ilə verilib. “Daily Sabah” qəzeti yazır ki, Səmalar ölkəsinin “səxavətli jest”indən bir neçə gün əvvəl isə Ümumdünya Bankı TANAP-ın inşasına 400 milyon $-ı Turkey's Petroleum Pipeline Corporation (BOTAŞ), qalan hissəni isə Azerbaijan's Southern Gas Corridor (SGC) Company-nin alıdğı 800 milyon $-lıq kredit ayırıb. Yəni Çin və Amerika kapitalları vahid cəbhədə hərəkət edir, bu qayda ilə Avropa qaz bazarında Rusiya mövqelərini dəyərdən salmağa səy göstərir. Üstəlik təkcə onlar deyil. Axı TANAP səhmlərinin 12%-i arxasında rəsmi Londonun durduğu British Petroleum (BP) korporasiyasına məxsusdur.



Türkiyə+Türkmənistan+Çin



Ekspert cəmiyyəti son beş il ərzində Türkmənistandan Avropa Birliyinə qaz tədarükü potensialını çox vaxt lazımınca qiymətləndirməyib. Xudbin nidalar səslənirdi ki, Xəzər dənizi yataqlarının hüquqi statusunun tənzimlənməməsi Türkmənistan karbohidrogenlərinin Qərbə hərəkətlənməyini önləyəcək. Lakin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu ilin martında Moskvada çıxış edərkən bu mifi dağıdıb. Məmmədyarov etiraf edib ki, Bakının Aşqabadla uyğun müqaviləsi var. Düzdür, Azərbaycan məmuru detalları dəqiqləşdirməyib. “Təntənəli estafeti” Məmmədyarovdan Ankaranın türkmən qazının AB-yə tədarükünə hazır olduğunu bildirən Türkiyənin Türkmənistan səfiri Mustafa Kapucu alıb. Azernews agentliyi diplomatdan sitat gətirir: “Xəzər dənizinin dibi ilə Azərbaycan sahillərinədək 300 km uzunluğunda Transxəzər qaz kəməri Türkmənistan enerji daşıyıcılarının Avropa bazarına tədarükü baxımından səmərəlidir. Bundan savayı, Türkmənistan qazı Türkiyə ərazisinə Avropa ölkələri ilə həmsərhəd mövcud boru kəmərləri ilə də vurula bilər”.

Kapucunun sözlərinə görə, “layihə qazın Xəzər bölgəsindən Avropa ölkələrinə nəqlini nəzərdə tutan Cənub qaz dəhlizinin bir hissəsi kimi gerçəkləşdirilə bilər”.

Hadisələrin maraqlı dönüşüdür, elə deyilmi?

Türk səfirin bəyanatını Türkiyə Energetika Nazirliyinin departament direktoru Reha Muradoğlu da mayın 31-də Aşqabadda energetika forumunda çıxış edərkən təsdiqləyib. “Yeni Safak” Muradoğludan misal gətirir: “Cənub qaz dəhlizi istismara verildikdən sonra Türkmənistan karbohidrogenlərin Avropa Birliyi bazarına tədarükünü təşkil üçün Türkiyə ərazisindəki infrastrukturlardan yararlana bilər”.

Məmur dəqiqləşdirib ki, Ankara bu qayda ilə Rusiya, İran və Azərbaycanın tədarük etdiyi təbii qazın daxili istehlakını şaxələndirəcək.

Çin əvəzində nə alacaq?

Aşqabad başlanğıc üçün Səmalar ölkəsinə qaz tədarükünü indiki 36 milyard kubmetrdən 38 milyarda çatdırmağı vəd edib. Əlbəttə, Pekinin maraqları karbohidrogenlərlə məhdudlaşmır, çünki onun əsas hədəfi gələcəyi Bakı-Tiflis-Qars-Ədirnə dəmiryolundan asılı olacaq Transxəzər marşrutu ilə Qərbə fasiləsiz yük axınıdır.

Ortaya pullar qoyulub. Daha pul qəbul olunmur…



Tərcümə Strateq.az-ındır.
Tarix: 5-06-2017, 21:41
Xəbəri paylaş





Xəbər lenti