Məhkəmə qorxulu “Koza Nostra”nın başçısını... – Şok qərar

Məhkəmə qorxulu “Koza Nostra”nın başçısını... – Şok qərar İtaliya məhkəməsi ömürlük həbs cəzasına məhkum edilən mafiya başçısı Salvador Riinanın cəzasının ev dustaqlığı ilə əvəz olunmasına qərar verib. Qərar mafiya başçısının sağlıq durumunun ağır olması ilə əsaslandırılıb

Teleqraf.com İtaliyanın ANSA agentliyinə istinadla qeyd edir ki, məhkəmənin bu qərarını apelyasiya instansiyası rədd edib. Apelyasiya məhkəməsi hesab edib ki, Siciliya adasında fəaliyyət göstərən və qorxu saçan “Koza Nostra”nın lideri olan 86 yaşlı Riinanın barəsində birinci instansiya məhkəməsinin qərarı ədalətli deyil.

Lakin buna baxmayaraq, İtaliya məhkəməsi Salvador Riinanın qocalması və sağlıq problemləri səbəbindən ömürlük həbsin təxirə salınması və ya ev dustaqlığı ilə əvəzlənməsi haqqına malik olduğunu qeyd edərək, mafiya başçısı haqda yenidən analoji qərar çıxarıb. Məhkəmə hesab edib ki, hər bir məhkumun şərəfli şəkildə ölmək haqqı var.

Vaxtilə mafiya başçısı tərəfindən öldürülən hakim Paola Borsellinonun qardaşı Salvatore Borsellino bəyan edib ki, belə bir qərar verilə bilməz: “Bu ölkədə ədalət yoxdur. Biz qatillər şəbəkəsinin iş başında olduğu ölkədə yaşayırıq”.

Riina tərəfindən öldürülən polis rəisi Karlo Alberto Dallanın qızı Rita da bu qərara etiraz edib.

Qeyd edək ki, fəaliyyət göstərdiyi müddətdə “Canavar” ləqəbi ilə tanınan Riina ilk cinayətini 19 yaşında həyata keçirib, 23 il ərzində mafiya başçısı olaraq İtaliya hüquq-mühafizə orqanlarından gizlənə bilib. O, “Koza Nostra” nın daxili və xaricindəki rəqiblərini aradan götürüb. Eyni zamanda jandarma rəisi və mafiyaya qarşı olan məşhur hakim Covanni Falcona Borsellinonu aradan götürüb. 1993-cü ilin yanvarında həbs edilən Riina haqqında məhkəmə ömürlük həbs qərarı çıxarıb. Hazırda 86 yaşlı mafiya babası Parma şəhəri yaxınlığındakı həbsxanada saxlanılır.

Cavad
Tarix: 6-06-2017, 22:04
Xəbəri paylaş





Xəbər lenti