Yuliya Timoşenko: "Poroşenko müharibəni qazanc mənbəyinə çevirib"

Yuliya Timoşenko: "Poroşenko müharibəni qazanc mənbəyinə çevirib" Donbasda münaqişə ona görə davam edir ki, Ukrayna prezidenti Pyotr Poroşenko və ətrafı müharibədən qazanırlar.

Avropa.info xəbər verir ki, bu bəyanatla “Batkivşina” fraksiyasının lideri və Ali Radanın deputatı Yuliya Timoşenko çıxış edib. “112 Ukrayna” telekanalının canlı efirində verilişə qatılan Timoşenko Poroşenko haqda bu sözləri deyib:


“Müharibə ona görə qurtarmır ki, Poroşenko və ətrafı bu müharibədən yaxşı qazanırlar. Müharibənin davam etmə səbəbi budur. Müharibənin davam etməsinin digər səbəbi isə Ukrayna daxilində ağlasığmaz korruspiyanı gizlətmək istəkləridir. İnsanların mövcud hakimiyyəti nifrəti məhz müharibə üzündəndir” – Timoşenko belə deyib.

Xatırladaq ki, dünən Kiyev məhkəməsi Ukrayna Baş Prokurorluğunun göstərişi ilə “Batkivşina” partiyasının yüksəkvəzifəli üzvlərinə qarşı cinayət işi qaldırmışdı.
Tarix: 6-06-2017, 23:34
Xəbəri paylaş





Xəbər lenti