ABŞ Dövlət Departamenti: Rusiya Monteneqroda dövlət çevrilişi hazırlayırdı

ABŞ Dövlət Departamenti: Rusiya Monteneqroda dövlət çevrilişi hazırlayırdı ABŞ Dövlət Departamenti bəyan edib ki, Rusiya Monteneqroda dövlət çevrilişini həyata keçirməyi planlaşdırırdı və bu barədə respublikanın NATO üzrə tərəfdaşları məlumatlıdır. Virtualaz.org xəbər verir ki, bu bəyanatla dövlət katibinin köməkçisinin vəzifələrini icra edən Con Heffern çıxış edib.

Onun sözlərinə görə, “ötən il bir neçə rusiyalı agent” Monteneqroda toplaşıb və “Monteneqro hakimiyyəti NATO-da bizi Monteneqroda planlaşdırılan dövlət çevrilişi barədə məlumatlandırıb”.

Amerikalı diplomat qeyd edib ki, “rusiyalı agentlər müxtəlif mexanizmlərdən istifadə ediblər” ki, Monteneqroda seçkilər normal şəkildə keçirilməsin.
Tarix: 7-06-2017, 03:24
Xəbəri paylaş





Xəbər lenti