Putindən XƏBƏRDARLIQ: Rusiya və ABŞ müharibəsi olsa, heç kim yaşamayacaq: VİDEO

Putindən XƏBƏRDARLIQ: Rusiya və ABŞ müharibəsi olsa, heç kim yaşamayacaq: VİDEO Rusiya və ABŞ arasında açıq hərbi münaqişəni heç kim görmək istəməzdi.

PRESSDAY.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin bu iddiası amerikalı rejissor Oliver Stounla müsahibəsində səslənir.

Stounun Rusiya lideri ilə söhbəti əsasında çəkilən dörd seriyalı sənədli film iyunun 12-15-də Showtime televiziya kanalında göstəriləcək.

Rejissor Rusiya-ABŞ qarşıdurması qızğın hərbi mərhələyə keçəcəyi təqdirdə kimin necə üstünlük qazana bilər məsələsinə Putinin münasibətini soruşub.

“Düşünürəm ki, heç kim yaşamazdı”, - Rusiya prezidentinin cavabı belə olub.

Putin onu da qeyd edib ki, Moskva və Vaşinqton arasında münasibətlərin dəyişəcəyinə ümidlərini itirməyib.

“Ümid həmişə var. Bizi nə qədər ki, ağ kəfəndə qəbiristanlığa aparmayıblar, hər şeyə ümid etmək olar”, - Putin vurğulayıb.
Tarix: 7-06-2017, 11:23
Xəbəri paylaş





Xəbər lenti