İranda ikinci hücum – Ayətullah Xomeyninin türbəsi qarşısında atışma oldu

İranda ikinci hücum – Ayətullah Xomeyninin türbəsi qarşısında atışma oldu İranın ali dini lideri Ayətullah Xomeyninin türbəsi qarşısında atışma qeydə alınıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, türbənin qarşısında baş verən atışma nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

Bir qədər əvvəl İran parlamentinin hücuma məruz qaldığına dair xəbərlər yayılmışdı.

Həmin hücum zamanı biri mühafizə əməkdaşı olmaqla 3 nəfər yaralanıb.

Bəzi mənbələr parlamentə hücum edən şəxslərin 3 nəfər olduğunu iddia edir. Onların əlində koloşnikov tipli avtomatlar olub.

İran polisi silahlılardan biri qaçmağa çalışarkən onu həbs edib.
Tarix: 7-06-2017, 11:28
Xəbəri paylaş





Xəbər lenti