Avtomobil karvanı atəşə tutuldu: 15 ölü

Avtomobil karvanı atəşə tutuldu: 15 ölü Cənubi Sudanda bir neçə maşın silahlı dəstənin hücumuna məruz qalıb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hücum Moli kəndi yaxınlığında baş verib.
Qeyd olunur ki, atəşə iki mülki və bir hərbi nəqliyyat vasitəsi məruz qalıb.
Nəticədə 15 nəfər həlak olub. Daha 9 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Afrika ölkəsinin hökuməti insidentin araşdırılması ilə məşğul olur.
Tarix: 9-06-2017, 01:03
Xəbəri paylaş





Xəbər lenti