“Avropa Birliyinin güclü müdafiə qüvvəsinə ehtiyacı var” – Jan-Klod Yunker

“Avropa Birliyinin güclü müdafiə qüvvəsinə ehtiyacı var” – Jan-Klod Yunker Avropa İttifaqı Komissiyasının prezidenti Jan-Klod Yunker deyir ki, Avropa İttifaqı üzv dövlətləri yalnız NATO-ya arxayın olmamalıdır və hərbi əməkdaşlıq yaratmalıdırlar.

“Biz Yaxın Şərqdəki maraqlarımız, iqlim dəyişikliyi və ticarət anlaşmalarında maraqlarımızı müdafiə etmək üçün özümüzü müdafiə etməkdən başqa çarəmiz yoxdur” – Yunker deyib.

Keçən ay Almaniya kansleri Ancela Merkel demişdi ki, Avropa Trampın seçilməsi və Breksitin ardından ABŞ və Böyük Britaniyadan “tamamilə asılı” ola bilməz.

Böyük Britaniya və Fransa Avropa Birliyində güclü orduya malikdirlər və dolayısı ilə Breksitdən sonra Avropa kollektivinin gücü zəifləmiş oldu.

Ancaq NATO-nun 29 üzvündən beşinin (Böyük Britaniya, ABŞ, Polşa, Yunanıstan və Estoniya) ümumdaxili məhsulunun 2%-i NATO üçün tələb olunan məbləğı qarşılaya bilər.

Yunker Praqada keçirilən müdafiə və təhlükəsizlik konfransında dedi ki, irəliyə doğru hərəkət o vaxt başlayacaq ki, biz müdafiəyə ehtiyacımız olduğu qədər xərcləyək.

Prezident deyib ki, soyuq müharibə erası Rusiyanın Krımı işğal etməsindən (2014) sonra yeni başlayıb və Rusiya tərəfdarı olan qiyamçılar şərqi Ukraynanı seperatçı regiona çeviriblər.

“Bundan belə Avropa kənardan qoruna bilməz” – Yunker deyib. O, qeyd edib ki, NATO və Avropa İttifaqı arasında rəqabətdən söz gedə bilməz.

O, dünyanın qaynar bölgələrində - Əfqanistan, Balkanlar və Afrikada Aİ-NATO əməkdaşlığını yüksək qiymətləndirib.
Lakin Yunker Avropanın hərbi xərcləri və planlaşdırmasını effektiv hesab etmədiyini də dilə gətirib. Ona görə də o, Aİ üzv dövlətlərinin hərbi əməkdaşlığı gücləndirilməli olduğunu qeyd edib.

Yunker bildirib ki, Aİ hər əsgərin saxlanılması üçün 27 000 avro xərcləyibsə, ABŞ 108 000 avro xərcləyib. Biz birlikdə ABŞ-ın yarısı qədər xərcləyirik.

“Hökumətlərin ala biləcəyindən çox helikopter növləri var. Biz daha yaxşısını etməliyik” – Yunker vurğulayıb.(Musavat.com)

Siam.az
Tarix: 9-06-2017, 17:55
Xəbəri paylaş





Xəbər lenti