“İnsanlar hakimiyyətin yüksək eşalonundakı rüşvətdən bezib”

“İnsanlar hakimiyyətin yüksək eşalonundakı rüşvətdən bezib” Rusiyada baş verən etiraz aksiyaları deyəsən daha çox Azrbaycan cəmiyyətini, daha dəqiq desək mediasını silkələyib. Bu gün bir çox media orqalarının manşet mövzuları Rusiyanın gələcək aqibəti ilə bağlı olub. Bir çox siyasətçilər, politoloqlar, ictimai-siyasi xadimlər məsələ ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.

Maraqlıdır, Rusiyada baş verən etiraz aksiyaları ilə bağlı bu qədər təlaş etməyə gerçəkdən də dəyərmi?

Moderator.az-ın məsələ ilə bağlı sualını adının açıqlanmasını istəməyən politoloq cavablandırıb.

Sualımızı cavablandıran “sirrli politoloq”-un fikirləri bu gün açıqlama verən politoloqların şərhlərindən xeyli fərqlənib:


“Hər ay, az qala hər gün ABŞ-da, Avropada belə nümayişlər, etiraz aksiyaları olur. Ancaq heç kim demir ki, ABŞ dağılır və ya Avropa dağılır. Bu gün hətta Qərb yönümlü liberalist agentliklərin hesaplamaları da Putinin reytinqinin 80%- dən yuxarı olduğunu deyir. Müqayisə üçün deyək ki, Trampın reytinqi 40%-dən aşağıdır. Amma nədənsə bunu heç kim manşetlərə çıxarmır . Ona görə də indi Rusiya haqqında forslu- forslu, böyük-böyük danışmaq, proqnozlar vermək gülüş ve ikrah hissindən başqa heç nə doğurmur. Əminlikdə deyirəm ki, sabah əgər Yalamada rus ordusu görünsə, bü gün rusa nifret edən o ekspertlərin hamısı çevrilib ruspərəst olacaq”.

Adını gizli saxlamağımızı istəyən politoloq onu da qeyd edib ki, Rusiya böyük dəyişikliklər astanasındadır:

“Rusiyadakı etirazların əsas mənbəyi heç də Qərbin satılmış kuklası, parabeyin Navalnıya olan dəstək deyil. Sadəcə olaraq insanlar hakimiyyətin yüksək eşalonundakı rüşvətdən beziblər. Qeyd edim ki, Rusiya böyük dəyişikliklər astanasındadır. Ölkenin qarşısında iki yol var: ya 1917, ya da 1937. Hər iki halda uduzan isə Azərbaycan olacaq”.


Rumiyyə
Tarix: 13-06-2017, 22:03
Xəbəri paylaş





Xəbər lenti