"Hər kəs gücümüzü görsün" - Lukaşenko

"Hər kəs gücümüzü görsün" - Lukaşenko Rusiya ilə birgə keçiriləcək “Qərb-2017” hərbi təliminə görə təzyiqlər olsa da, təlim daha böyük miqyasda baş tutacaq.

Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirləri ilə görüşündə bildirib.

Lukaşenko bildirib ki, Belarus həm MDB, həm də KTMT-yə aid qərb istiqamətində təhlükəsizliyə cavabdehdir və təlim bu ölkədə baş tutacaq:

"İnanıram ki, Rusiya tərəfində də eyni əhval-ruhiyyədir. Biz kimlərisə qorxutmuruq. Bizə özgələri lazım deyil. Bu təlim hamı üçün açıqdır. Hər kəs bizim gücümüzü görsün".
Tarix: 14-06-2017, 04:16
Xəbəri paylaş





Xəbər lenti