Ruslar ötən əsrə qayıdırlar: İnflyasiya, işsizlik...

Ruslar ötən əsrə qayıdırlar: İnflyasiya, işsizlik... Rusların fikrincə, aşağı əmək haqqı ölkənin ən vacib problemlərindən biridir.

Axar.az xəbər verir ki, bu nəticə Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Rusların 23%-i bu fikrin tərəfdarı olduğunu bildiriblər. 24% rus ölkə iqtisadiyyatının vəziyyətində daha çox narahat olduqlarını bəyan ediblər.

Rusları narahat edən digər məqamlar isə işsizlik (16%), inflyasiya (11%), korrupsiya (11%), aşağı təqaüd (10%) və başqa məsələlərdir.
Tarix: 16-06-2017, 00:31
Xəbəri paylaş





Xəbər lenti