SİRLƏR AÇILACAQ: Kürd Şakronun erməni “sağ əli”nin qayınanasının killeri tapıldı

SİRLƏR AÇILACAQ: Kürd Şakronun erməni  “sağ əli”nin qayınanasının killeri tapıldı Kriminal dünyadakı savaş təkcə bu dünyaya aid olanları yox, həm də onların yaxın ətrafını əhatə edir.

Bu günlərdə Taylanddan Rusiyaya 2 nəfər ekstradasiya edilib ki, onlar da kriminal aləmin “xaç atası” olmağa iddialı Ded Xasanın yaxın ətrafına daxil olan biznesmenin qayınanasını öldürməkdə ittiham olunur.


Cebhe.info xəbər verir ki, Rusiya DİN-in nümayəndəsi İrina Volk ekstradasiya edilən şəxslərdən birinin məhz killer Andrey Dzyatovski olduğunu deyib. O, 2012-ci ilin martında Soçidə tanınan iş adamı, "Melodiya" ticarət mərkəzinin sahibi olan qadını öldürməklə bağlı sifariş alıb. Qadın həm də yerli iş adamı, Ded Xasanın yaxın ətrafına daxil olduğu deyilən Eduard Kakosyanın qayınanasıdır. Bu şəxs Ded Xasanın həm də şəxsi tapşırıqlarını yerinə yetirən şəxs kimi tanınıb. Qadın öz "Bentli" markalı maşınından çıxanda güllələnib və başından aldığı güllə yarasından yerindəcə keçinib. Hadisə nəticəsində yaxınlıqdan keçən 38 yaşlı kişi xəsarət alıb.

Hadisədən sonra killer yoxa çıxıb və İnterpol vasitəsilə axtarışa verilib. Daha sonra onun Taylandda olduğu üzə çıxıb və Rusiyaya ekstradasiya edilib.
Tarix: 17-06-2017, 11:34
Xəbəri paylaş





Xəbər lenti