Ərəblər iranlını güllələdi: Ölkələr arasında gərginlik daha da artdı

Ərəblər iranlını güllələdi: Ölkələr arasında gərginlik daha da artdı
Cebhe.info xəbər verir ki, hadisəni təsdiqləyən İranin Daxili İşlər Nazirliyinin sözçüsü də açıqlamasında bir balıqçının öldürüldüyünü bildirib. İranın daxili işlər nazirliyinin əməkdaşı, general Məcid Ağababayi bildirib ki, İran qayıqlarının Səudiyyə sərhədini keçib-keçmədiyini araşdırılır:”Lakin Səudiyyə hərbçilərinin bu hərəkəti humanitar və naviqasiya prinsiplərinə ziddir”.

Baş vermiş hadisə ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələlik heç bir rəsmi reaksiya verilməyib.

Olay iki ölkə arasındakı gərginliyi daha da artırıb.

Qeyd edək ki, bu günlərdə Tehran şəhərində intihar hücumları nəticəsində 17 nəfərin öldürülməsi İran hökümətinin Səudiyyə ilə münasibətlərini daha da gərginləşdirib. Rəsmi İran iddia edir ki, baş vermiş terroru törədən sünni və İŞİD qüvvələrini Səudiyyə hökuməti maliyyələşdirir. Eyni zamanda İran və Səudiyyə Ərəbistanı bir-birlərini Suriya, Yəmən və İraqdakı münaqişələrdə qarşılıqlı regional təhlükəsizliyin pozulması və silahlıları dəstəkləməkdə günahlandırırlar.

Fuad
Tarix: 17-06-2017, 23:46
Xəbəri paylaş





Xəbər lenti