Məhkəmə Baxçalı müxaliflərini sevindirəcəkmi?-AKŞƏNƏR "20 İYUNDA ƏDALƏTİ GÖRƏCƏYİK" DEDİ

Məhkəmə Baxçalı müxaliflərini sevindirəcəkmi?-AKŞƏNƏR "20 İYUNDA ƏDALƏTİ GÖRƏCƏYİK" DEDİ Məlum olduğu kimi, Dövlət Baxçalı müxaliflərinin ötən ilin 15 may tarxində MHP-də növbədənkənar qurultay keçirməsi və patiyanın Genəl Mərkəzinin də bununla bağlı etirazı üzərinə məhkəmə tərəfindən “yürütməyi durdurma” qərarı veilmişdi.
Artıq bu məsələ ilə bağlı məhkəmənin iyunun 20-də son qərar verməsi, yəni, bu dəfə MHP-də seçkili qurultaya gedilib-gedilməməsi ilə əlaqıdar qərar çıxarması gözlənilir.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, Baxçalının MHP-dəki əsas rəqibi və bir müddət öncə partiya sıralarından müəmmalı şəkildə kənarlaşdırılan Meral Akşənər sosial media üzərindən sözügedən məsələ ilə bağlı bir acıqlama yayıb, “20 iyunda ədaləti görəcəyik”deyib.
“Tam 18 aydır iqtidarın əliylə MHP delegələrinin-qurultay nümayəndələrinin iradəsi heçə sayılıb, qurultay tələbi yerinə yetirilməyib. 20 Haziranda ədaləti görəcəyik”– deyə, Akşənər sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Məhkəmə Baxçalı müxaliflərini sevindirəcəkmi?-AKŞƏNƏR "20 İYUNDA ƏDALƏTİ GÖRƏCƏYİK" DEDİ
Məhkəmə Baxçalı müxaliflərini sevindirəcəkmi?-AKŞƏNƏR "20 İYUNDA ƏDALƏTİ GÖRƏCƏYİK" DEDİ
Məhkəmə Baxçalı müxaliflərini sevindirəcəkmi?-AKŞƏNƏR "20 İYUNDA ƏDALƏTİ GÖRƏCƏYİK" DEDİ
Tarix: 18-06-2017, 23:15
Xəbəri paylaş





Xəbər lenti