İrandan İŞİD-ə cavab zərbəsi –Suriyadakı baza ballistik raketlərlə vuruldu

İrandan İŞİD-ə cavab zərbəsi –Suriyadakı baza ballistik raketlərlə vuruldu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İŞİD terrorçuların Suriyadakı bazalarına raket zərbələri endirib.

APA-nın xəbərinə görə, bu barədə “Tasnim” agentliyi məlumat verib.

Məlumata görə, terrorçuların Suriyanın şərqindəki mövqeləri orta mənzilli ballistik raketlərlə atəşə tutulub. Zərbələrin Tehrana edilən hücuma cavab olaraq endirildiyi qeyd olunur.

Qeyd edək ki, iyunun 7-də bir qrup silahlı İran parlamenti və Xomeyni mavzoleyinə hücum edib. Hadisə nəticəsində 17 nəfər ölüb, 43 nəfər yaralanıb. Terror aktlarına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Siam.az
Tarix: 19-06-2017, 04:02
Xəbəri paylaş





Xəbər lenti