Beynəlxalq koalisiya: İŞİD-in "ali müftisi" məhv edilib

Beynəlxalq koalisiya: İŞİD-in "ali müftisi" məhv edilib ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD-in "ali müftisi" Turk Al-Bel-əlinin məhv edildiyini xəbər verib.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Koalisiya qüvvələri mayın 21-də Suriyanın Məyadin şəhərindəki bombardmanlar nəticəsində İŞİD-in qondarma ali müftisi Turk Al-Ben-əlini məhv edib" – deyə koalisiyanın xəbərində bildirilir.
Qeyd olunur ki, Al-Ben-əli əcnəbi silahlıların İŞİD-ə cəlb edilməsində, həmçinin bütün dünyanı terror aktları ilə təhrik etməkdə əsas rol oynayıb.
İŞİD terror qruplaşması hələlik xəbərə münasibət bildirməyib.
Tarix: 20-06-2017, 22:21
Xəbəri paylaş





Xəbər lenti