Baykaldan Kılıcdaroğluna dəstək

Baykaldan Kılıcdaroğluna dəstək “Ədalət yürüşü”ndə yer almasa da, bunu dəstəkləyən milyonlarla insan var, mən də onlardan biriyəm.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykal hazırkı sədr Kamal Kılıçdaroğlunun liderliyində keçirilən “Ədalət yürüşü” haqda deyib.

“Uğurlu bir addımdır. İqtidara tövsiyə edirəm ki, bizi yürüşə çıxmaq məcburiyyətində qoymasın. Yürüşə qatılanlar narazı olanların yalnız bir qismidir. İqtidar bunu yaxşı qiymətləndirməlidir və unutmamalıdır ki, yürüşə çıxmaq istəyən milyonlarla insan var”, - Baykal bildirib.
Tarix: 21-06-2017, 03:29
Xəbəri paylaş





Xəbər lenti