QƏTƏR BÖHRANINDAN HAMI MƏĞLUB ÇIXACAQ - TƏHLİL

QƏTƏR BÖHRANINDAN HAMI MƏĞLUB ÇIXACAQ - TƏHLİL Denis Korkodinov, Hurriyyet.org üçün

Amerika lideri özünün əvvəlki tvitlərində Səudiyyə Ərəbistanının maraqlarını qətiyyətlə müdafiə edirdi – Səudiyyə Ərəbistanı Qətərə qarşı çıxış edərək, onu beynəlxalq terrorçuları himayə eləməkdə və maliyyələşdirməkdə ittiham edir. Bununla yanaşı, Vaşinqton Səudiyyəyə qarşı müqavimət göstərmək üçün Dohaya 36 ədəd “F-15” təyyarəsi satmaq barədə müqavilə imzaladı. Bu vəziyyət aşkar şəkildə göstərir ki, Qətər əmirliyinə qarşı olduqca ziddiyyətli və qeyri-ardıcıl münasibət nümayiş etdirən Ağ Evdə heç də hər şey sadə deyil.


Qətər böhranı beynəlxalq ictimaiyyət üçün yükə çevrilməyə başlayır. Əbu-Dabinin, Əl-Riyadın, Qahirənin və Vaşinqtonun rəsmi reaksiyaları nəyinsə “lazım olduğu kimi” getmədiyini göstərir. Əvvəlcə dövlətlər Qətər KİV-nə və onun kommunikasiya imkanlarını hədəfə alaraq, onu terrorçuluğu dəstəkləməkdə ittiham elədilər. Lakin Doha mass-mediası Səudiyyə Ərəbistanı və BƏƏ KİV-dən daha müstəqildir. “Əl Cəzirə” ilə “Əl Ərəbiyə” arasındakı qarşıdurma göstərir ki, “Əl Cəzirə” daha peşəkar prizmadan yanaşma sərgilədiyi halda, rəqibləri antiqətər təbliğatının silahına çevriliblər.

Əvvəlcə Qətərin blokadasını dəstəkləyən dövlətlər tədricən özlərinin bu prosesdə iştirakını zəiflədirlər və yaranmış ərəbdaxili böhrandan çıxış axtarmağa çalışırlar. Mərakeş və İordaniya Qətərlə diplomatik əlaqələrini zəiflətmişdilər, lakin indi Dohaya yardım təklif edirlər. İordaniya kralı baş vermiş nifaqdan çıxış yolu tapmaq üçün Küveytə səfər eləmək niyyətindədir. Küveyt və Oman münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdırlar. Rusiya, Çin, Almaniya və Böyük Britaniya Səudiyyə əmirliyi münaqişəsinə qoşulmamağa çalışırlar.

“Vaşinqton – Ər-Riyad – Əbu-Dabi” beynəlxalq triosunun təşəbbüskarı olduğu antiterror ritorikası tədricən “Müsəlman qardaşlar” və “Həmas” hərəkatına dəstək ittihamları ilə məhdudlaşır. Bu ittihamları, Səudiyyə Ərəbistanı ilə gərgin münasibətlərlə bağlı Misirə sarı baş əymək zərurəti diqtə eləmişdi. Həddən artıq antiisrail mövqeyinə baxmayaraq, “Həmas”, ərəb ölkələri arasında böyük dəstəyə malikdir – bunun səbəbi İsrailə qarşı iki əsas döyüşü və regional və beynəlxalq sanksiyalar çərçivəsində Qəzza bölgəsini idarə etməsidir.

“Müsəlman qardaşları”nı terror təşkilatı adlandıran təşəbbüsçü ölkələr, Misir vətəndaşlarının artıq üçüncü nəslinin müsəlman qardaşlığı sayəsində təhsil aldığını nəzərə almırlar. Həmçinin, təşkilatın lideri Yusif Əl-Kardavi bir çox ərəb şeyxləri və əmirləri ilə bərabər dərəcədə hörmət və dəstək sahibidir.

Buna görə də ərəblərin əksəriyyəti, “Müsəlman qardaşlar”ın terrorçu olmadığına qəlbən inanırlar və buna görə də qardaşlığın terrorçu qruplar sırasında sadalanması ərəb dünyasında haqlı təəccüb doğurur. Məhz bu səbəbdən, Ağ Evin dövlət katibi Reks Tillerson bir dəfə bildirmişdi ki, “Müsəlman qardaşlar” təşkilatını bütövlükdə beynəlxalq terrorçuluq siyahısına daxil eləmək çox çətin məsələ olardı.

Qətər böhranının uğursuzluğa düçar olmasının səbəbi, onun 2002 və 2014-cü illərdə Dohaya qarşı əvvəlki diplomatik məhdudiyyətlərlə müqayisədə əndazədən çıxmasıdır.

“Həmas”ı və “Müsəlman qardaşlar”ı dəstəkləyən Qətərin əhvalatı yeni deyil, heç onun İranla münasibətləri də sirr deyil. Göstərilən səbəblərdən heç biri sanksiyaların belə təcili şəkildə qəbul edilməsinə haqq vermir.

2014-cü ildə Səudiyyə Ərəbistanının kralı Salman Qətəri daha çox dəstəkləyirdi. Yəmən, BƏƏ və Misirin təhlükəsizliyi Doha ilə münasibətlərin korlanması ilə birbaşa təhlükə altına düşdüyü həmin dövrdə bu ölkələrin də liderləri Səudiyyə kralı ilə həmfikir idilər. İndi isə bir sıra ərəb ölkələrinin nəyin bahasına olursa-olsun, Vaşinqtona qarşı loyallıqlarını nümayiş etdirmək üçün aşkar səyləri, Vaşinqtonun isə Qətərin hesabına millətlərtarası kartdan istifadə eləməsi və qərarların qəbulundakı qeyri-ardıcıllıq vəziyyəti mürəkkəbləşdirir.

Lakin belə siyasət Dohaya qarşı ittihamlarla bir araya sığmır. Hər bir halda bu böhrandan, istisnasız olaraq hamı məğlub çıxacaq.
Tarix: 21-06-2017, 23:58
Xəbəri paylaş





Xəbər lenti