Və bitdi! PKK-ya aid hər şey ələ keçirildi

Və bitdi! PKK-ya aid hər şey ələ keçirildi Siam.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Diyarbəkirdə iki ay davam edən terrorla mübarizə əməliyyatı başa çatıb. Diyarbəkirin 6 rayonu ilə 104 kəndini əhatə edən və mayın 28-də başlanan, “Bayraq-54 şəhid yandarma yüzbaşı Fuat Oğuzcan müştərək birlik əməliyyatı” başa çatıb. Valilikdən verilən açıqlamada əməliyyat çəərçivəsində ümumilikdə 8 PKK terrorçusunun zərərsizləşdirildiyi, terrorçulara məxsus xeyli silah-sursatla yanaşı 17 ton narkotik maddə ələ keçirilib.

Diyarbəkirin 6 rayonu ilə Bingöl rayon sərhədi arasında gizlənən, aralarında terror təşkilatının rəhbərlərinin də olduğu bildirilən terrorçuların zərərsizləşdirilməsi, terriçular ilə qanunusuz narkotik istehsalı və ticarəti ilə məşğul olanlar arasında mövcud olan bağın möhkəm dəlillərlə isbat edilməsi, əməliyyat bölgəsində gizlədilən narkotikin ələ keçirilməsi, cinayət yoldaşları və axtarılan şəxslərin tutulması məqsədilə 14 batolyon, 1 199 xüsusi təyinatlı polisi, 1 442 təhlükəsizlik işçisi olmaqla 7742 təhlükəsizlik işçisinin iştirakı ilə mayın 28-də başladılan əməliyyat uğurla nəticələnib.

Valilikdən verilən yazılı açıqlamada deyilir: “3 terrorçunun zərərsizləşdirildiyi, 5 terrorçunun silah və təhcizatla ələ keçirildiyi əməliyyatda, Kalaşnikov avtomatı, raket atıcıları, əl bombaları, ov tüfəngləri, əl bombaları və digər silah-sursat ələ keçirilib. Terrorçuların istifadə elədikləri 59 sığınacaq məhv edilib.

Siam.az
Tarix: 22-06-2017, 23:15
Xəbəri paylaş





Xəbər lenti