“Məqsəd “FETÖ”-nü sevindirməkdirmi?”- İLKƏR BAŞBUĞ "ÜSYAN" ETDİ

“Məqsəd “FETÖ”-nü sevindirməkdirmi?”- İLKƏR BAŞBUĞ "ÜSYAN" ETDİ “Mən nəyin sanığıyam-müttəhimiyəm? Məni, eləcə də digər insanları hələ də “sanık” adlandırırlar. Məni sanık-müttəhim elan edən “FETÖ”-cü müstəntiqlər, “FETÖ”-çü hakimlər idi. İndi buna üsyan etməyimmi?!”
Gununsesi.info-nun FOX-a istinadən xəbərinə görə, bunu Türkiyə Sülahlı Qüvvələrinin (TSQ) sabiq genəlkurmay başqanı İlkər Başbuğ yenidən başlanılan”Ergenokon davası”nda o da daxil olmaqla, 19 şəxslə bağlı fərqli məhkəmə qərarın çıxarılmasına münasibətini bildirərkən deyib.
“Belə bir qərar ancaq “FETÖ”-nün başında dayanan zatı-Fətullah Güləni sevindirər. İndi “FETÖ”-nümü sevindirməliyik, məqsəd “FETÖ”-nü sevindirməkdirmi?”-deyə, Başbuğ sözlərinə əlavə edib.
O, həmçinin deyib ki, məhkəmənin bu qərarı onu göstərir ki, bu ölkədə sanki 15 iyul “darbesi” yaşanmayıbmış.
Tarix: 23-06-2017, 14:39
Xəbəri paylaş





Xəbər lenti