Məkkədə terror aktının qarşısı alınıb, 5 nəfər saxlanılıb

Məkkədə terror aktının qarşısı alınıb, 5 nəfər saxlanılıb Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Məkkədə terror aktının qarşısını alıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanının daxili işlər naziri bəyan edib.

Onun sözlərinə görə terrorçu-kamikadze “Əl-Haram” məscidində partlayış törətməyi planlaşdırıb. Təhlükəsizlik qüvvələrinin əməkdaşları terrorçunun olduğu binanı mühasirəyə aldıqda, o özünü partladıb. “AFP” agentliyinin məlumatına görə, partlayış nəticəsində 11 nəfər yaralanıb.

Hadisə ilə əlaqədar biri qadın olmaqla, 5 nəfər saxlanılıb.
Tarix: 24-06-2017, 04:51
Xəbəri paylaş





Xəbər lenti