“Qanuni oğru” 5 milyon rüşvət verməli imiş: Gizli danışıqlar açıldı

“Qanuni oğru” 5 milyon rüşvət verməli imiş: Gizli danışıqlar açıldı Hazırda həbsdə olan Rusiya kriminal aləminin "xaç atası" olmağa iddialı Zaxari Kalaşovun (Kürd Şakro) işi üzrə maraqlı məqamlar ortaya çıxır.

Cebhe.info "Rosbalt"a istinadən bildirir ki, "qanuni oğru" həbsdən qurtulmaq üçün Rusiya istintaq komissiyasının üzvləri Denis Nikandrov və Mixail Maksimenkoya 5 milyon avro rüşvət verməli imiş. Ancaq razlaşdırılan məbləğdən ancaq 10 faizi verilib.

Hər iki səxs saxlanan zaman üzərlərindən məhz 500 min avro tapılıb ki, bu vəsaiti də Şakro Molodoy vasitəçi ilə şəxsən özü göndərib.

Uzun müddətli araşdırmalardan sonra istintaqçılar Şakro Molodoyun sözügedən 2 şəxsə məhz 5 milyon verməli olduğunu müəyyən edib. Çünki danışıqlar şifrəli aparılıb və heç bir yerdə 5 milyon avro ifadəsi işlədilməyib. Həmin məbləğin 500 min avrosunu Kürd Şakro özü verib, qalan hissəsini ödəməyi isə bəzi biznesmenlər üzərlərinə götürüb. Daha doğrusu, Krüd Şakro bunu onların boynuna qoyub. Hazırda həmin şəxslərin kim olduğu araşdırılır.

Xəzər
Tarix: 24-06-2017, 05:07
Xəbəri paylaş





Xəbər lenti