İŞİD “filmi” sona yaxınlaşır: Xüsusitəyinatlılar “xilafət”in ürəyində

İŞİD “filmi” sona yaxınlaşır:  Xüsusitəyinatlılar “xilafət”in ürəyində Mosulun qərb yaxasında İŞİD-in ana qərargahına qarşı hərbi əməliyyat başlayıb.

Ovqat.com xəbər verir ki, bunu İraq Federal Polis komandiri general-leytenant Raid Şakir Cövdət mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, əməliyyat təcrübəli xüsusi qüvvələr tərəfindən həyata keçirilir.

Şəhərin “Köhnə Mosul” adlanan qərb yaxası dar küçələr və əhali yerləşməsi baxımından əməliyyat üçün xeyli çətin məkan hesab olunurdu. Bununla belə, əməliyyatların artıq “xilafətin” ana qərargahında aparılması İŞİD “film”inin sonuna yaxınlaşdığından xəbər verir.
Tarix: 24-06-2017, 14:24
Xəbəri paylaş





Xəbər lenti