Türkiyəli deputat AŞPA-nın iclasının Ramazan bayramı günü keçirilməsinə etiraz edib

Türkiyəli deputat AŞPA-nın iclasının Ramazan bayramı günü keçirilməsinə etiraz edib Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayıb.

Sessiyanın birinci günü Türkiyə nümayəndə heyətinin üzvü bu gün müsəlman aləmində müqəddəs Ramazan bayramının qeyd olunduğunu sessiya iştirakçılarının nəzərinə çatdırıb.

O, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasının işinin bu bayram gününə salınmasına öz etirazını bildirib. Türkiyə nümayəndə heyətinin üzvü xristianların dini bayramında olduğu kimi Ramazan bayramı zamanı da Avropa Şurasının fəaliyyətinə fasilə verilməsi təklifi ilə çıxış edib. (Report)
Tarix: 26-06-2017, 18:25
Xəbəri paylaş





Xəbər lenti