Erməni politoloq:“Ölkədəki bütün problemlərin səbəbi pulsuzluq və investisiyaların gəlməməsidir”

Erməni politoloq:“Ölkədəki bütün problemlərin səbəbi pulsuzluq və investisiyaların gəlməməsidir” Ermənistanın əsas problemi investiya və xarici borclardır”.

Strateq.az bildirir ki, bu sözləri Ermənistanda fəaliyyət göstərən Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan bu gün jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ölkədəki bütün problemlər pulsuzluq və ölkəyə investisiyaların qoyulmaması ilə bağlıdır: “Ermənistana investisiya cəlb etmək çox çətin məsələdir. Çünki balaca bazarı olan ölkə kiçik və qapalıdır” –deyə politoloq vurğulayıb. İsgəndəryan həmçinin bu günlərdə Ermənistan parlamentinin təsdiq etdiyi hökümət proqramının əvvəlkilərdən fərqlənmədiyini deyib: “Bizdə nə vaxt daha yaxşı proqram qəbul edilib ki? Beləsini xatırlayırsınız? Mənim yadıma düşmür. Hökumətin qarşısında olan məsələlər həddən artıq ciddidir”.

Siam.az
Tarix: 26-06-2017, 18:27
Xəbəri paylaş





Xəbər lenti