Polis zabiti vertolyotla Ali Məhkəməyə hücum edib, prezidentin istefasını tələb etdi

Polis zabiti vertolyotla Ali Məhkəməyə hücum edib, prezidentin istefasını tələb etdi Neçə aydır etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaların davam etdiyi Venesuelada polis zabiti bir qrup silahlı polislə birlikdə vertolyotdan Ali Məhkəmənin binasına hücum edib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, paytaxt Karakasda Ali Məhkəmənin binasının polis vertolyotunun hücumuna məruz qaldığı haqda prezident Nikilas Maduro televiziyadan elan edib. Maduro bildirib ki, məhkəmənin binasına vertolyotdan iki qumbara atılıb, onlardan biri partlamayıb. Prezidentin bildirdiyinə görə həmin vaxt orada adamlar olub: “Bu, yüzlərlə adamın xəsarət almasına səbəb ola bilərdi”.
Tarix: 28-06-2017, 07:41
Xəbəri paylaş





Xəbər lenti