Qadınlar və uşaqlar da var - 40 nəfər öldü

Qadınlar və uşaqlar da var - 40 nəfər öldü ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Deyr-əz-xor vilayətində yaşayış məntəqəsinə hava zərbəsi nəticəsində azı 40 dinc sakin həlak olub.

Unikal.org-un TASS-a istinadən verdiyi məlumata görö, bu haqda Suriyanın SANA informasiya agentliyi xəbər verib.

Məlumata görə, bombardmana Əl-Mayədin şəhəri yaxınlığında yerləşən Əd-Dablən yaşayış məntəqəsi məruz qalıb. Ölənlər arasında qadınlar və uşaqların olduğu bildirilir. Onlarla insanın yaralandığı qeyd olunur.


Siam.az
Tarix: 28-06-2017, 22:16
Xəbəri paylaş





Xəbər lenti