Baş prokurorun hesabları dondurulub və ona ölkədən çıxış qadağan edilib

Baş prokurorun hesabları dondurulub və ona ölkədən çıxış qadağan edilib Venesuela Ali Məhkəməsi ölkənin baş prokuroru Luis Orteqa Dias barəsində bir sıra tədbirlər barədə qərar qəbul edib və ona ölkəni tərk etmək qadağan edilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, məhkəmənin qərarına uyğun olaraq Dias özü ifadə vermək üçün iyulun 4-ə təyin edilən prosesə çağırılıb.

Onun əmlakını üçüncü şəxslərə vermək qadağan edilib və bütün hesabları dondurulub.
Xəbər verildiyi kimi, Venesuela Ali Məhkəməsi son vaxtlar tez-tez prezident Nikolas Maduronun siyasətinə qarşı çıxış edən və məhkəmənin 8 üzvünün toxunulmazlıq hüququnun ləğvini tələb edən baş prokuror Luis Orteqa Diasa qarşı prosesinin başlanması üçün kifayət qədər əsaslara malikdir.
Tarix: 29-06-2017, 10:17
Xəbəri paylaş





Xəbər lenti