Qərblə konflikt Rusiyaya çox baha başa gələcək

Qərblə konflikt Rusiyaya çox baha başa gələcək Rusiyanın keçmiş Maliyyə naziri Kudrinin rəhbərlik etdiyi təşkilat Qərblə Rusiya arasında olan konfliktlə bağlı analitik hesabat hazırlayıb.

Hesabatda qeyd olunur ki, Qərblə konfrantasiya Rusiyaya ağır zərbə vurur. Rusiya ölkə suverenliyinə təhlükə olan iqtisadi inkişafdakı və idarəçilik institutlarındakı geriləməni aradan qaldırmalı və qloballaşmada iştirak etməlidir.

Rusiyanın dünyanın ən qüdrətli ölkələrindən biri olmasına baxmayaraq, bir sıra vacib sahələrdə geri qalır və bu öz növbəsində ölkə suverenliyinə zərbə vurur və xarici siyasətini məhdudlaşdırır.


İqtisadiyyatın yenilənməyə ehtiyacı var, zəif yerlər nəqliyyat infastrukturu, dövlət idarəçiliyi institutlarının keyfiyyəti, yüksək korrupsiyadır və bu da xarici investisiyaların ölkəyə cəlb edilməsinə əngəl yaradır.

Hesabatda bildirilir ki, Rusiya ilə Qərbin rəqabətin uzunmüddətli faktordur. Düşmənçilik “cığırı” yaranıb və ondan çıxmaq olduqca çətindir.

Fizzə
Tarix: 29-06-2017, 15:54
Xəbəri paylaş





Xəbər lenti