Avropa İttifaqı İranla nüvə sazişinin şərtlərinə əməl etmək niyyətini təsdiqlədi

Avropa İttifaqı İranla nüvə sazişinin şərtlərinə əməl etmək niyyətini təsdiqlədi «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqı (Aİ) digər beynəlxalq güclərlə birlikdə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın qərarına baxmayaraq, İranla bağlanmış nüvə sazişinin şərtlərinə əməl edəcəyini təsdiqləyib.

Bunu Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bəyan edib.

«Biz, hesab edirik ki, (sazişin – red.) saxlanması üçün kollektiv məsuliyyət daşıyırıq – bizim özümüzün kollektiv təhlükəsizliyimiz xatirinə» – deyə, onun bəyanatında qeyd olunur. Bəyanat, şənbə gecəsi yayılıb.

«Birləşmiş Ştatlardakı daxili proses – mən, daxili sözünü xüsusi qeyd edirəm – Trampın bugünkü elanından sonra, ABŞ Konqresinin əlindədir. Birgə hərtərəfli fəaliyyət planı (BHFP) – daxili proses yox, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnaməsidir. Bu, ikitərəfli saziş deyil – ayrıca götürülmüş heç bir ölkəyə aid deyil, heç bir ölkə onu dayandıra bilməz. O, etibarlı sazişdir, qarantiya və güclü nəzarət mexanizmini təmin edir» – Moqerini qeyd edib.

Avropa diplomatiyasının başçısı bəyan edib ki, İranla bağlanmış nüvə sazişi işləyir və «xüsusilə indi» müsbət nəticələr verir.

O, xatırladıb ki, MAQATE səkkiz təftiş həyata keçirib və, İran tərəfin öz öhdəliklərini yerinə yetirdiyini təsdiqləyib.

«Bu saziş İranın nüvə silahı yaratmaq istiqamətindəki fəaliyyətinin qarşısını alır və bundan sonra da alacaq» – deyə, Moqerini hesab edir.

Xüsusi olaraq, qeyd edirik ki, bu arada Böyük Britaniya və Almaniya da sözügedən sazişə sadiq qaldıqlarını elan ediblər.

Siam.az
Tarix: 16-10-2017, 08:16
Xəbəri paylaş





Xəbər lenti