İraq ordusu Kərkükün böyük hissəsini ələ keçirdi –Hava limanı, neft zavodu, qaz yataqları, polis və elektrik idarəsi peşmərgədən təmizəndi

İraq ordusu Kərkükün böyük hissəsini ələ keçirdi –Hava limanı, neft zavodu, qaz yataqları, polis və elektrik idarəsi peşmərgədən təmizəndi Ən son məlumata görə, İraq ordusu Kərkük Hava Limanına da nəzarəti bərpa edib.

Strateq.az TRT-yə istinadən xəbər verir ki, faktı İraq Dövlət Televiziyası və Şimali Kürd Muxtar Vilayətinin rəhbərliyi təsdiqləyib.

Məlumatda qeyd olunur ki, ordu Kərkükə tam nəzarəti bərpa etmək üçün əməliyyatı davam etdirir.

İraq Neft Nazirliyi isə muxtar vilayətin neft və qazla zəngin olan ərazilərdə silahlı qarşıdurmaya getməmək təklifini qəbul etdiyini açıqlayıb.

Peşmərgələr isə hələlik İraq ordusuna güclü müqavimət göstərmədən geri çəkilir.


****



İraq təhlükəsizlik qüvvələri Kərkükün mərkəzindəki hərbi bazanı və neft quyularını almaq üçün hərəkətə keçib və bir sıra strateji vacib obyektləri nəzarət altına alaraq, irəliləməkdədir.

Strateq.az xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

"Anadolu" agentliyinin məlumatına görə, TA-nın "twitter" hesabından yayılan açıqlamada, İraq hərçilərinin və "Haşdi Şabi"nin Kərkükün cənubundakı Təzəhurmatudan hərəkətə başladıqları bildirilir. Açıqlamada bu güclərin məqsədinin Kərkük şəhərinə girərərk, peşmərgənin nəzarətindəki “K1 Hərbi bazası” və neft quyularının almaq olduğu da qeyd edilir.

İraq Baş naziri Heydər əl-İbadidən açıqlama

İraq dövlət televiziyasının xəbərinə görə, Baş nazir Heydər əl-İbadi silahlı qüvvələrə Kərkükdə olan bütün əhalinin təhlükəsizliyini qorumaq təlimatını verib. İbadi Kərkükdə təhlükəsizliyin təmin edilməsi üçün şəhər əhalisi və peşmərgə ilə əməkdaşlıq edilməsinin vacibliyini də vurğulayıb.

Xəbərdə ayrıca terrorla mübarizə gücü, 9-cu briqada və federal polisin Kərkükdə toqquşma yaşanmadan geniş bir hissədə nəzarəti artıq təmin etdiyi bildirilib və İbadinin “Ortaq Əməliyyatlar Komandanlığı altında olan Haşdi Şabi də silahlı qüvvələrə Kərkük xaricində dəstək verir” ifadələrinə yer verilib.

Əməliyyat komandanından mərkəzi hakimiyyət qüvvələrinə atəş açmama xəbərdarlığı

Bu arada, İraq Ortaq Əməliyyatlar Komandanlığı (İOƏK) Kərkükdəki silahlı qruplara mərkəzi hakimiyyət qüvvələrinə atəş açmamaları üçün xəbərdarlıq edib. Komandanlıq tərəfindən yayılan yazılı açıqlamada bildirilir ki, İOƏK “Kərkükdəki silahlı qruplara mərkəzi hakimiyyət qüvvələrinə atəş açmamaları üçün xəbərdarlıq edir”.

AA müxbirinə danışan peşmərgə komandanlarından polkovnik Salar Teymur, Kərkük şəhər mərkəzinin cənubundakı Təzəhurmatu qəsəbəsi yaxınlarında İraq Ordusu və "Haşdi Şabi"nin mövqelərinə atəş açıdığını iddia etmiş və çıxan toqquşmanın davam etdiyini bildirmişdi.

İraq dövlət televiziyasının verdiyi xəbərdə İKRA başçısı Məsud Bərzaninin peşmərgəyə Kərkükdəki gərginlikdə toqquşmayı başladan tərəf olmamaları təlimatını verdiyi qeyd edilmişdi.

Bu arada, İraq dövlət televiziyasının ekranının sağ küncündə, “Hədəfimiz Kərkük xalqının sağlığıdır” yazısı yerləşdirilib.

***

Son məlumatlara görə, peşmərgə Kərkükün cənubundakı bəzi məntəqələrdən geri çəkilməyə başlayıb.

İraq Ortaq Əməliyyatlar Komandanlığının yazılı açıqlamasına görə, Kərkükdə təhlükəsizliyi təmin etmə əməliyyatları çərçivəsində Halid Körpüsü Qapısı, Riyad-Halid Məktəbi yolu, Məryəm Beq sərhəd qapısı və Rəşad-Məryəm Beq yolunda nəzarət təmin edilib.

Açıqlamada ayrıca, İraq təhlükəsizlik qüvvələrinin Kərkükün şimalındakı təbii qaz yataqlarını, polis məntəqəsini və Kərkük Elektrik İdarəsini də nəzarətə alaraq, irəlilədiyi qeyd edilir.

Ən son məlumatlara görə isə İraq gücləri Kərkükün sənaye bölgəsini və neftayırma zavodunu da ələ keçirib.
Tarix: 16-10-2017, 14:07
Xəbəri paylaş





Xəbər lenti