Mafiya qaydasız döyüş ulduzunu ölümlə hədələdi: “48 saata rədd ol ölkədən”

Mafiya qaydasız döyüş ulduzunu ölümlə hədələdi: “48 saata rədd ol ölkədən” İrlandiyalı döyüşçü Konor Makqreqor onu təhdid edən mafiyaya mesaj ünvanlayıb.

Onun sözlərini The Independent nəşri sitat gətirib.


“Gəlin və götürün məni”, – Makqreqor jurnalistlərin Kinaxanov klanı ilə mümkün problemlər barədə suallarını cavablandırarkən deyib.

Kriminal ekspert Pol Uilyams bildirib ki, cinayətkar qruplaşma ilə əlaqəli olan 50 yaşlı kişini döydüyü üçün Makqreqoru ölümcül təhlükə gözləyir.

Hadisə Dublin yaxınlığında kafelərin birində baş verib.

Pol Uilyams qeyd edib ki, kriminal aləm üçün Makqreqorun heç kimdir. Uilyams döyüşçüyə 48 saat ərzində İrlandiyanı tərk etməyi məsləhət görüb.
Siam.az
Tarix: 3-12-2017, 15:51
Xəbəri paylaş





Xəbər lenti