Yəməndə toqquşmalar: ölənlərin sayı 200-ə çatdı

Yəməndə toqquşmalar: ölənlərin sayı 200-ə çatdı Yəmənin paytaxtı Sənada qiyamçılarla prezident Mənsur Hadi tərəfdarları arasında toqquşmalar zamanı ölənlərin sayı 200-ü ötüb.

Axar.az xəbər verir ki, qiyamçıların nəzarətinə keçmiş Səna şəhəri uğrunda döyüşlər noyabrın 29-da başlayıb. Yəmən prezidentinin tərəfdarları şəhərin əksər hissəsinə nəzarəti ələ keçiriblər.

Qeyd edək ki, Yəməndə legitim hakimiyyətə sadiq qüvvələrlə qiyamçılar arasında toqquşmalar 2014-cü ilin avqustundan başlayıb. Münaqişə 2015-ci ilin martından daha aktiv mərhələyə keçib.
Tarix: 4-12-2017, 00:05
Xəbəri paylaş





Xəbər lenti