"ABŞ sanksiyaları incəliklə işlənib" - rusiyalı siyasətçi

"ABŞ sanksiyaları incəliklə işlənib" - rusiyalı siyasətçi
Rusiya hökuməti praktik olaraq ölkədəki bütün böyük biznesi ABŞ sanksiyaları altına salıb.

Axar.az xəbər verir ki, bunu “Apostrof” saytına müsahibəsində rusiyalı siyasətçi, eks-deputat Konstantin Borovoy söyləyib.

“Bilirsiniz ki, bu sanksiyalar çox dəqiqdir. Bu gün bütün rus biznesi Kremldən tam asılıdır. Bu biznes Kremlin icazəsi olmadan mövcud ola bilməz. Hazırda biznes üçün yaranan situasiyadan çıxış yolu yoxdur. Moskva üçün qalan yeganə variant proteksionizmdir. Bu, ölkədəki biznesin mövcudluğunun yeganə yoludur”, – deyə o bildirib.
Tarix: 4-12-2017, 10:57
Xəbəri paylaş





Xəbər lenti