ABŞ və Cənubi Koreya tarixdə ən böyük birgə hərbi təlimlərə başlayıb

ABŞ və Cənubi Koreya tarixdə ən böyük birgə hərbi təlimlərə başlayıb
ABŞ və Cənubi Koreya hərbi hava qüvvələrinin dekabrın 4-də başlayan ən irimiqyaslı birgə təlimlərində yüzlərlə təyyarə iştirak edir.

AZƏRTAC xəbər verir ki, Associated Press agentliyinin yaydığı məlumata əsasən, birgə manevrlər KXDR-in ötən həftəki qitələrarası ballistik raket sınağına cavab olaraq keçirilir.

Vigilant Ace adlandırılan məşqlər beş gün davam edəcək. Təlimlərə 200-dən çox təyyarə, o cümlədən ABŞ-ın altı F-22 qırıcı təyyarəsi, rəsmən təsdiqlənməmiş informasiyaya görə, səsdən sürətli B-1B strateji bombardmançı təyyarələri, habelə 12 min amerikalı hərbi qulluqçu cəlb olunub.

Pxenyan bu manevrləri KXDR-ə qarşı açıq təxribat adlandırıb və istənilən an nüvə müharibəsinə gətirib çıxara biləcəyini bəyan edib.
Tarix: 4-12-2017, 16:54
Xəbəri paylaş





Xəbər lenti