Qüds mübahisəsi böyüyür - İsraildən Türkiyəyə cavab

Qüds mübahisəsi böyüyür - İsraildən Türkiyəyə cavab ABŞ-ın Qüdsün İsrailin paytaxtı olaraq tanıyacağı iddialarına “Qüds müsəlmanların “qırmızı xəttidir”” deyə münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana İsraildən cavab gəlib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail xarici işər naziri Emmanuel Nahşon “Ərdoğan tanısa da, tanımasa da Qüds yəhudilərin 3 min illik, İsrailin də 70 illik paytaxtıdır” deyə cavab verib.

İsrail təhsil naziri Naftali Benett isə bunları deyib:

“Hər zaman tənqid edən biriləri olacaq. Nəticədə birləşmiş Qüdsə sahib olmaq, Ərdoğanın sevgisinə sahib olmaqdan daha yaxşıdır”.

Qeyd edək ki, Ərdoğan ABŞ-ın Qüdsü paytaxt kimi tanıyacağı təqdirdə İslam Əməkdaşlıq Təşkilatının liderlərini İstanbulda toplayacağını bildirmiş və proseslərin İsraillə diplomatik əlaqələrin dayandırılmasına qədər gedə biləcəyini söyləmişdi.

Xatırladaq ki, beynəlxalq aləmdə İsrailin paytaxtı Təl-Əviv qəbul edilir.

Siam.az
Tarix: 6-12-2017, 09:16
Xəbəri paylaş





Xəbər lenti