“Qüds Fələstinin paytaxtı olaraq qalacaq”

“Qüds Fələstinin paytaxtı olaraq qalacaq” Mahmud Abbas Trampın qərarını rədd etdi

ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığına dair bəyanatı Fələstin kəskin reaksiya ilə qarşılayıb. Fələstinin dövlət başçısı Mahmud Abbas Ramallahdakı iqamətgahında keçirdiyi mətbuat konfransında Trampın bu qərarını rədd etdiklərini və qınadıqlarını bildirib.


“Bu addım bütün sülh təşəbbüslərini batlalayır və sülh danışıqlarında ABŞ-ın rolunu bitirir. Bu qərar həmçinin ABŞ-ın indiyə qədər üzərinə götürdüyü sülh prosesinin himayəçisi rolundan imtina etdiyinin elanıdır. Bu qərar İsraili anlaşmaları tanımamağa, beynəlxalq hüquqa meydan oxumağa, Fələstini yəhudilərlə məskunlaşdırmağa, işğal, iqrçi, aparteid və etnik təmizləmə siyasəti yürütməyə təşviq edən bir addımdır”, deyə M.Abbas bildirib.

M.Abbas bəyan edib ki, dünya dövlətlərinin və beynəlxalq təşkilatların etirazlarına baxmadan verilən bu qərar Qüdsün statusunu dəyişməyəcək. Qüds Fələstinin paytaxtı olaraq qalacaq: “ABŞ prezidenti Trampın bu qərarı Qüdsün gerçəkliyini dəyişməyəcək, İsrail üçün də legitimliyi təmin etməyəcək. Qüds ərəb, islam və xristina kimliyi ilə Fələstin Dövlətinin əbədi paytaxtı olaraq qalacaq. Qüds hər hansı dəyişim cəhdlərinə qarşı dirənişlidir”.

Siam.az
Tarix: 7-12-2017, 08:49
Xəbəri paylaş





Xəbər lenti