Lavrov: ABŞ təhlükəsizliyin bölünməzliyini pozur

Lavrov: ABŞ təhlükəsizliyin bölünməzliyini pozur ABŞ-ın raketdən müdafiə sistemini inkişaf etdirməsi və NATO-nun genişlənməsi təhlükəsizliyin bölünməzliyi prinsipini sarsıdır.

Axar.az xəbər verir ki, bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

“Bu gün BMT Nizamnaməsi və Helsinki Yekun Aktı ciddi sınaqlara məruz qalır. NATO-nun şərqə doğru potensialını genişləndirməsi, ABŞ-ın Avropada raketdən müdafiə sistemini inkişaf etdirməsi təhlükəsizliyin bölünməzliyi prinsipini sarsıdır. Dərin narahatlığı həmçinin beynəlxalq hüququn pozulması, daxili işlərə qarışma, dövlət çevrilişlərində birbaşa iştirak, problemlərin güc yoluyla həlli cəhdi yaradır”, – deyə o bildirib.
Tarix: 7-12-2017, 17:18
Xəbəri paylaş





Xəbər lenti