Rusiya: Ehtiyat Fondumuz bu il tükənəcək

Rusiya: Ehtiyat Fondumuz bu il tükənəcək Bu il Rusiyanın Ehtiyat Fondu tam tükənəcək

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Maliyyə naziri Anton Siluanov söyləyib. Onun sözlərinə görə, bu il Rusiyanın Milli Rifah Fondundan 662 milyard rubl xərclənəcək:


“Gələn il yanvarın 1-də Milli Rifah Fondu 3,7 trilyon rubl olacaq. Bu isə ümumdaxili məhsulun 4%-ni təşkil edir”.

Qeyd edək ki, noyabrın 1-də Rusiyanın Ehtiyat Fondu 975,5 milyard rubl (16,9 milyard dollar), Milli Rifah Fondu isə 4,014 trilyon rubl (69,36 milyard dollar) təşkil edib.

Bu ilin iyulunda Rusiya Duması hər iki fondun birləşməsi haqqında qərar qəbul edib. Fondların birləşməsi gələn il fevralın 1-də başa çatmalıdır.
Tarix: 7-12-2017, 22:32
Xəbəri paylaş





Xəbər lenti