Tramp bizə meydan oxudu: bəs, siz hardasınız? – Əl Qaidə

Tramp bizə meydan oxudu: bəs, siz hardasınız? – Əl Qaidə
Əl Qaidənin Yəmən qolu Qüdsün İsrailin paytaxtı olaraq tanınması barədə ABŞ Prezidenti Donald Trampın qərarını dünya müsəlmanlarına qarşı meydan oxumaq kimi qiymətləndirib.

Axar.az xəbər verir ki, bu barədə qruplaşmanın yazılı bəyanatında deyilib.

“Dünyanın dörd tərəfindəki müsəlmanlara səslənirik: Bölgədəki ölkələrin yəhudilərlə münasibətləri normallaşdırmaq üçün səy göstərdiyi bir vaxtda ABŞ-ın satdığı Qüds buradadır, bəs siz hardasınız? Zəfər əldə etmələri üçün mücahidlərə mallarınız və silahlarla yardımınız hardadır? Əgər müdaxilə etməsəniz, Allah qorusun, sabah müqəddəs məkanımız olan Məkkə də satılacaq. Bax o zaman iş işdən keçmiş olacaq”, - bəyanatda bildirilib.
Tarix: 8-12-2017, 09:19
Xəbəri paylaş





Xəbər lenti